XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək Azərbaycan cüdoçuları müəyyənləşib
Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunacaq XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək cüdoçular müəyyənləşib. Bu barədə SİA-ya Cüdo Federasiyasından məlumat verilib.
EYOF-da Azərbaycanı 12 çəki dərəcəsində 12 cüdoçu (6 oğlan, 6 qız) təmsil edəcək. Qız cüdoçulardan Gülşən Hüseynova (44 kq), Nuranə Hacızadə (48 kq), Aysun Məmmədova (52 kq), Səmayə Yusifli (57 kq), Ayan Əliyeva (63 kq), Zemfira Əliyeva (+70 kq) mübarizə aparacaq.
Oğlan cüdoçulardan isə Rza Xəlilli (50 kq), Rəsul Əlizadə (55 kq), Zeyd Ələsgərov (60 kq), Məhəmməd Ağakişiyev (73 kq), Amin Mehdiyev (81 kq) və Sübhan Axundov (+90 kq) fəxri kürsüdə yer almağa çalışacaq.
Yığma turnirin son günündə qarışıq komanda yarışına qatılacaq. Cüdoçulara yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcək.
Qeyd edək ki, yarış iyulun 22–26-sı aralığında keçiriləcək. Festivalın cüdo yarışlarında 44 ölkədən 341 idmançı (184 oğlan, 157 qız) qüvvəsini sınayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 09 İyul 2025 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















