Icma.az
close
up
RU
Aqrar məzunlar kəndlərdə təcrübə keçsin TƏKLİF

Aqrar məzunlar kəndlərdə təcrübə keçsin TƏKLİF

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Rusiyada aqrar sahədə kadr çatışmazlığını aradan qaldırmaq məqsədilə aqrar universitetlərin məzunları üçün kənd yerlərində ən azı 5 il məcburi işləmə tələbinin tətbiqi müzakirə olunur. Təklifə əsasən, bu şərti yerinə yetirməyən şəxslər ali təhsil diplomu ala bilməyəcəklər. Bu yanaşma aqrar sektorda kadr təminatını gücləndirməyə yönəlib. Bəs Azərbaycanda da oxşar islahatlara ehtiyac var? Aqrar universitetlərin məzunlarının təcrübə və ya iş məqsədilə bölgələrə cəlb edilməsi həm regionların sosial-iqtisadi inkişafına, həm də gənc mütəxəssislərin ixtisasları üzrə bilik və bacarıqlarının artırılmasına töhfə verə bilər?

Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev Metbuat.az-a açıqlamasında bildirib ki, Rusiyada aqrar sahədə kadr çatışmazlığının aradan qaldırılması məqsədilə aqrar universitetlərin məzunları üçün kənd yerlərində minimum 5 il işləmə tələbinin müzakirə olunması diqqətəlayiq və müəyyən mənada rasional yanaşmadır.

Onun sözlərinə görə, aqrar sektor strateji sahədir və bu sahəyə dövlət tərəfindən investisiya qoyulursa, həmin investisiyanın real iqtisadi və sosial nəticə verməsi də təmin olunmalıdır. Deputat bu baxımdan Rusiyada təklif olunan yanaşmaya müsbət yanaşdığını qeyd edib:

“Azərbaycanda da aqrar sektor ölkə iqtisadiyyatının və regionların sosial-iqtisadi inkişafının əsas dayaqlarından biridir. Lakin bu gün bölgələrdə ixtisaslı aqronom, baytar, zoomühəndis və aqrar menecer çatışmazlığı hələ də qalmaqdadır. Eyni zamanda, ali təhsil alan gənclərin bir qisminin ixtisasları üzrə əməli bilik və real istehsalat təcrübəsi kifayət qədər formalaşmır. Bu baxımdan, aqrar universitetin məzunlarının təcrübə və ya iş məqsədilə bölgələrə cəlb olunması həm regionların inkişafına, həm də gənc mütəxəssislərin peşəkar formalaşmasına ciddi töhfə verə bilər. Burada əsas məsələ məcburiyyətin özü deyil, ədalətli, stimullaşdırıcı və sosial təminatla müşayiət olunan mexanizmin qurulmasıdır”.

Razi Nurullayev hesab edir ki, əgər dövlət gənc mütəxəssislərə bölgələrdə işlədikləri dövrdə layiqli əməkhaqqı, yaşayış şəraiti, sosial paketlər, güzəştli kreditlər və gələcək karyera imkanları təqdim edərsə, bu proses könüllülük əsasında da effektiv nəticə verə bilər:

“Eyni zamanda, dövlət sifarişi ilə təhsil alan məzunlar üçün müəyyən müddət ixtisas üzrə işləmə şərtinin tətbiqi beynəlxalq praktikada da mövcuddur və müzakirəyə açıq məsələdir. Hesab edirəm ki, Azərbaycanda aqrar sahədə kadr təminatının gücləndirilməsi üçün müəyyən işlər aparılır və bu il İtaliya ilə birlikdə yeni universitet də açılıb. Amma həyata keçirilən və keçiriləcək tədbirlər ölkəmizin sosial-iqtisadi reallıqlarına uyğunlaşdırılmalıdır. Məqsəd gəncləri cəzalandırmaq yox, bölgələrdə işləməyi cəlbedici və perspektivli etmək olmalıdır. Bu istiqamətdə balanslı və mərhələli islahatlara ehtiyac var və gərək onlar da sürətlə həyata keçirilsin. Etiraf edək ki, ciddi durğunluq və problemlər mövcuddur”.

Təhsil eksperti, dosent İlham Əhmədov da açıqlamasında bildirib ki, Azərbaycanda, xüsusilə aqrar ixtisaslar üzrə məzunların regionlara təyinatla göndərilməsinə ehtiyac var, lakin bu, köhnə sovet modeli ilə deyil, yeni və ağıllı mexanizmlə həyata keçirilməlidir:

“Azərbaycanda universitet məzunlarının, xüsusilə aqrar ixtisaslar üzrə məzunların regionlara təyinatla göndərilməsi zəruridir. Çünki ölkənin aqrar potensialı regionlardadır, aqrar kadrların böyük əksəriyyəti isə Bakı və digər iri şəhərlərdə cəmləşib. Nəticədə kənd təsərrüfatında elmi əsaslı idarəetmə zəifdir, subsidiya, torpaq, su və məhsuldarlıqla bağlı problemlər yerində həll olunmur. Aqrar sahədə təcrübə var, amma bilik çatmır. Aqrar təhsillə real istehsal arasında ciddi uçurum yaranıb. Bu gün aqrar ixtisaslar üzrə minlərlə məzun olsa da, kəndlərdə aqronom, baytar, torpaqşünas, suvarma mütəxəssisi və aqrar menecer çatışmır. Kənd var, torpaq var, subsidiya var, amma ixtisaslı kadr yoxdur”.

İ.Əhmədov keçmiş təyinat sisteminin iflasa uğrama səbəblərindən də danışıb:

“Sovet dövründə təyinat məcburi idi, maddi və sosial stimullar zəif idi, yerli mühitə adaptasiya mexanizmi mövcud deyildi. Bunun nəticəsində formal işləmə, işdən yayınma və motivasiyasızlıq yaranırdı. Deməli, problem təyinatın özündə yox, onun modelində idi. Bu gün təyinat lazımdır, amma hansı halda? Təyinat məcburi olarsa, uğursuz olar, əgər təyinat ağıllı olarsa, inkişaf yaradar. Bu yanaşma aqrar, pedaqoji və tibb ixtisasları üzrə xüsusilə vacibdir. Aqrar sektor strateji sahədir: ərzaq təhlükəsizliyi, kəndlərin yaşaması və idxaldan asılılığın azalması üçün həyati əhəmiyyət daşıyır. Bu sahəni bazarın ümidinə buraxmaq olmaz. Aqrar bilik “yerində”, yəni kənddə dəyər yaradır, şəhərdə yox. Aqronom kabinetdə deyil, sahədə effektivdir. Baytar şəhərdə yox, fermada lazımdır. Regionlarda ciddi “bilik defisiti” var: fermer subsidiya qaydalarını bilmir, torpaq analizi aparılmır, məhsuldarlıq təsadüfi xarakter daşıyır. Halbuki bir savadlı mütəxəssis yüz hektarın taleyini dəyişə bilər”.

Ekspertin fikrincə, yeni təyinat modeli lazımdır:

“Məcburi deyil, şərti və motivasion təyinat, güclü stimullar olmadan bu sistem işləməz. Dövlət yüksək əmək haqqı, kirayə və ya xidmət evi, kommunal və internet dəstəyi, kənd üçün əlavə bonuslar kimi zəmanətləri təmin edilməlidir”.

Sevinc İbrahimzadə / Metbuat.az

Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" mövzusu üzrə dərc olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 17 Dekabr 2025 22:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri