Icma.az
close
up
RU
Universitetlərdə təcrübə müddəti artırılsın TƏKLİF

Universitetlərdə təcrübə müddəti artırılsın TƏKLİF

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünyanın aparıcı universitetlərinin təcrübəsi göstərir ki, müasir ali təhsildə nəzəri biliklərlə praktik bacarıqlar arasında balans əsas prioritetlərdən biridir. Nüfuzlu reytinqlərdə ön sıralarda yer alan universitetlərdə bu balans ixtisasdan asılı olaraq fərqlənir, lakin ümumi meyl praktik komponentin gücləndirilməsinə doğrudur.

MIT, Stanford və ETH Zurich kimi texniki yönümlü universitetlərin mühəndislik və kompüter elmləri proqramlarında tədrisin təxminən 50–60 faizi nəzəri, 40–50 faizi isə praktik hissədən ibarətdir. Buraya laboratoriya işləri, real sənaye layihələri, startap yönümlü tapşırıqlar və məcburi istehsalat təcrübələri daxildir. Stanford Universitetində kompüter elmləri üzrə tələbələrin böyük hissəsi bakalavr mərhələsində artıq startap layihələrində və ya texnologiya şirkətləri ilə birgə proqramlarda iştirak edir.

Humanitar və sosial elmlər üzrə isə balans nisbətən fərqlidir. Oxford, Cambridge və Sorbonne kimi universitetlərdə fəlsəfə, tarix, hüquq və politologiya ixtisaslarında tədrisin əsas yükü nəzəriyyənin üzərinə düşür. Bu sahələrdə adətən 60–70 faiz nəzəri, 30–40 faiz praktik komponent mövcuddur. Praktik hissə əsasən seminarlar, analitik yazılar, sahə tədqiqatları və hüquq kimi sahələrdə klinik proqramlar vasitəsilə təmin olunur.

Biznes və idarəetmə ixtisaslarında, xüsusən Harvard Business School və INSEAD kimi ali məktəblərdə “case study” modeli tətbiq olunur. Bu modeldə nəzəri biliklər real şirkət nümunələri üzərində tətbiq edildiyindən, praktiki yanaşma bəzən nəzəri hissə ilə bərabər, hətta üstünlük təşkil edir. Bəs Azərbaycanda bu balans necədir?

Milli Məclisin üzvü Ceyhun Məmmədov mövzu ilə bağlı Modern.az-a bildirib ki, hazırda ölkənin təhsilində bu aktual mövzudur:

“Ali təhsil müəssisələrində təcrübənin artırılması yönündə işlər aparılmalıdır.

Məzunların iş tapa bilməməsinin səbəblərindən biri də budur. Eyni zamanda işəgötürnlər universitetlər ilə iş birliyi qurmalıdır”.

Təhsil eksperti Elmin Nuri bildirib ki, ölkəmizin bir çox universitetlərində həm məzmun, həm də keyfiyyət baxımından istehsalat təcrübəsi formal xarakter daşıyır:

“İstehsalat təcrübəsinə dırnaq arası yanaşmaq olmaz. Hazırda bir çox ali təhsil müəssisəsində, profildən asılı olmayaraq, təcrübə mərhələsinin keyfiyyət səviyyəsi aşağıdır. Bu problem ictimai-siyasi elmlərdə də, pedaqoji sahədə də, texniki ixtisaslarda da açıq şəkildə özünü göstərir.

Kompüter elmləri və ümumilikdə digər texniki sahələrdə nəzəriyyə ilə təcrübə arasında bölgü ən azı 50%–50% faiz nisbətində olmalıdır. Dünya təcrübəsi də göstərir ki, effektiv təhsil modeli məhz bu balans üzərində qurulur. Hətta elə sahələr mövcuddur ki, təhsil müddəti ərzində bu bölgüdə üstünlük 70% təcrübəyə verilir.

Şübhəsiz ki, təcrübəsiz nəzəriyyə də, nəzəriyyəsiz təcrübə də mümkün deyil. Lakin çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi Azərbaycan təhsil müəssisələrində məhz təcrübə ilə möhkəmləndirilməyən, yəni “təcrübəsiz nəzəriyyə” tədris olunur".

Ekspert qeyd edib ki, son vaxtlar tələbələr universiteti bitirdikdən sonra təkmilləşmək üçün ödənişli kurslara üz tutur.

"Sual yaranır: ali təhsil müəssisəsi bu funksiyanı yerinə yetirməli olduğu halda, məzun niyə bunu universitetdən kənarda axtarmalıdır? Bu isə ali təhsilin praktiki hazırlıq missiyasının tam yerinə yetirilmədiyini göstərir.

Qeyd etdiyim kimi, istehsalat təcrübəsi bir çox hallarda formal xarakter daşıyır. Tələbələrin cəlb olunduğu iş yerlərində buna ciddi yanaşılmır, proses “gətir, imza edim” prinsipi ilə idarə olunur. Halbuki istehsalat təcrübəsi ali təhsilin ən məsuliyyətli və həlledici mərhələlərindən biri kimi qəbul edilməlidir.

Bu baxımdan əsas məsuliyyət universitetlərin üzərinə düşür. Təcrübə qrupunun rəhbəri iş yerlərinə əvvəlcədən konkret və sistemli proqram təqdim etməli, təcrübə prosesi həmin proqram əsasında əvvəldən sonadək həyata keçirilməlidir.

Dünya təcrübəsində geniş tətbiq olunan “3+1” mexanizmi bu sahədə nümunəvi model hesab olunur. Bu modelə əsasən, tələbə ilk üç il ərzində ali təhsil müəssisəsində əsasən nəzəri biliklərə yiyələnir, dördüncü ildə isə tam bir il müddətində praktik peşə fəaliyyəti ilə məşğul olur. Bu proses tərəflər arasında bağlanan müqavilə əsasında həyata keçirilir və tələbə həmin dövrdə təhsil müəssisəsi ilə əməkdaşlıq edən iş yerinin daxili qaydalarına tabe olur. Bununla yanaşı, bu mərhələ ali təhsilin ayrılmaz tərkib hissəsidir". - o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Yanvar 2026 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see350

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see340

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see331

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see322

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see317

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see311

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see303

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see292

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see285

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see281

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see254

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see238

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see234

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see225

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see222

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see217

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see193

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see190

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri