Icma.az
close
up
RU
Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi bölgələrdə əməyin mühafizəsi mövzusunda tədbirlər keçirir AZƏRTAC

Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyi bölgələrdə əməyin mühafizəsi mövzusunda tədbirlər keçirir AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 26 noyabr, AZƏRTAC

Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin təşəbbüsü ilə bölgələrdə əməyin mühafizəsi mövzusuna həsr olunmuş silsilə tədbirlər davam edir. Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzində Xaçmaz, Quba ,Qusar, Siyəzən və Şabran rayonlarında Birliyə üzv təşkilatların həmkarlar ittifaqlarının sədrləri və sahə üzrə mütəxəssislərin iştirakı ilə keçirilən növbəti zona seminarında əməyin mühafizəsi mövzusunda təqdimatlar keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin şöbə müdiri Anar Tağıyev və texniki əmək müfəttişi Ramiz Hacıyev iştirakçılara “Yanğından mühafizə” və “İş yerlərində təhlükələr” mövzusunda təlimlər keçib, təhlükəli hallar zamanı görüləcək tədbirlər haqqında məlumat veriblər.

Qeyd olunub ki, əməyin mühafizəsi normaları və qaydaları Əmək Məcəlləsi ilə, səlahiyyətləri çərçivəsində müvafiq icra hakimiyyəti orqanlarının qəbul etdiyi normativ hüquqi aktlarla, habelə Azərbaycan Respublikasının qoşulduğu və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Əməyin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləri, əməyin mühafizəsi normaları, standartları, qaydaları əmək münasibətlərinin tərəfləri və digər fiziki və hüquqi şəxslər üçün məcburidir.

Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin nümayəndələri, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Quba rayonunda fəaliyyət göstərən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda əməyin mühafizəsi qaydalarının tətbiqinə dair monitorinqlər keçirib, bu sahəyə məsul şəxslərə təlimatlar veriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see248

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see218

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see203

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see202

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see200

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see164

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see151

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see149

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see149

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see142

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see139

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see136

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see130

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see128

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see128

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see127

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see127

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see126

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see126

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri