Icma.az
close
up
RU
Həmkarlar ittifaqı: Nikola Sarkoziyə polis mühafizəsi həbsxana sistemi üçün misilsiz alçaldılmadır

Həmkarlar ittifaqı: Nikola Sarkoziyə polis mühafizəsi həbsxana sistemi üçün misilsiz alçaldılmadır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paris, 23 oktyabr, AZƏRTAC

Keçmiş Fransa prezidenti Nikola Sarkozi oktyabrın 21-dən Parisdəki “La Santé” həbsxanasında saxlanılır. O, burada 24 saat ərzində mühafizə olunur — onun təhlükəsizliyinə cavabdeh olan iki silahlı polis əməkdaşı qonşu kamerada yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu qərar, Fransa həbsxana sistemində ciddi narazılıq yaradıb.

“Ufap-Unsa Justice” penitensiar həmkarlar ittifaqı yayımladığı bəyanatda bu vəziyyəti “ağlasığmaz, təhlükəsizlik baxımından absurd və penitensiar korpus üçün misilsiz bir alçaldılma” adlandırıb. Silahları həbsxanaya gətirmək qırmızı xəttin keçilməsidir.

Həmkarlar ittifaqının baş katibi Aleksandr Kabi (Alexandre Caby) bəyan edib ki, həbsxanaya silah gətirmək, hətta mühafizə bəhanəsi ilə də olsa, qəbuledilməz bir addımdır.

Onun sözlərinə görə, bu, hər gün təhlükəsizliyi və qaydanı qoruyan, məhbusların ləyaqətini təmin edən minlərlə penitensiar əməkdaşın alçaldırlmasıdır. Kabi əlavə edib ki, bu qərar, dövlətin öz penitensiar sisteminə olan inamsızlığını göstərir.

Daxili İşlər naziri Loran Nünez isə bu qərarı “Sarkozinin statusu və ona yönələn potensial təhlükələr”lə əsaslandırıb. Lakin “Ufap-Unsa” hesab edir ki, bu, xüsusi rejim tətbiq etməklə dövlət, penitensiar əməkdaşların bir nəfər məhbusun -keçmiş prezident olsa da - təhlükəsizliyini təmin edə bilməyəcəyini göstərir. “Bu, penitensiar xidmətin nüfuzuna ciddi zərbədir,” - deyə həmkarlar ittifaq bəyan edib.

“Ufap-Unsa” həbsxana daxilində silahlı polis əməkdaşlarının dərhal çıxarılmasını və dövlətin ictimai şəkildə üzr istəməsini tələb edir.

Bu hadisə, Fransa penitensiar sistemində bərabərlik prinsipi və təhlükəsizlik normaları barədə geniş müzakirələrə səbəb olub.

Nikola Sarkozinin həbsxanadakı mühafizəsi indi təkcə hüquqi deyil, həm də etik və institusional bir mübahisənin mərkəzinə çevrilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri