Icma.az
close
up
RU
Aqrar sahədə dövlətin vəzifələri müəyyənləşir

Aqrar sahədə dövlətin vəzifələri müəyyənləşir

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda aqrar sahədə dövlətin 32 vəzifəsi olacaq.

BAKU.WS xəbər verir ki, bu, Prezident İlham Əliyevin təşəbbüsü ilə hazırlanmış və ictimai müzakirəyə təqdim edilmiş "Aqrar sahə haqqında" yeni qanunun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, həmim vəzifələrə aşağıdakılardır:

- normativ tənzimləmənin həyata keçirilməsi;

- aqrar sahənin inkişafına dair dövlət siyasətinin formalaşdırılması, o cümlədən dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların və bu kimi digər sənədlərin hazırlanması və həyata keçirilməsi;

- aqrar sahəyə dövlət nəzarətinin təşkili və həyata keçirilməsi;

- aqrar sahə subyektlərinin, aqrar istehsal vasitələrinin və aqrar məhsulların uçotunun və qeydiyyatının təşkili;

- məhsuldarlığın, rəqabət qabiliyyətinin və istehsal səmərəliliyinin artırılması, habelə aqrar sahə subyektlərinin mənafeyinin qorunması ilə bağlı tədbirlərin görülməsi;

- dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi;

- aqrar xidmətlərin həyata keçirilməsi, habelə aqrar xidmət mərkəzlərinin və maddi-texniki təminat sisteminin təşkili və inkişaf etdirilməsi;

- heyvan və bitki sağlamlığının qorunması üzrə tədbirlərin həyata keçirilməsi;

- vergi intizamının gücləndirilməsi və maliyyə şəffaflığının təmin olunması;

- elmi tədqiqatların, innovasiyaların, rəqəmsallaşmanın və insan kapitalının inkişafının dəstəklənməsi;

- aqroparkların, aqroklasterlərin, daşınma və aqrar emal infrastrukturunun yaradılmasının və inkişafının təşviqi;

- kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadənin təşkili;

- heyvandarlıqda seleksiya-damazlıq, bitkiçilikdə seleksiya və toxumçuluq sisteminin inkişaf etdirilməsi;

- kənd yerlərinin dayanıqlı inkişafı üzrə tədbirlərin həyata keçirilməsi;

- aqrar sahənin rəqəmsallaşdırılması üzrə tədbirlərin həyata keçirilməsi;

- aqrar məhsulun istehsalı ilə bağlı texniki tələblərin (aqrotexniki, aqrokimyəvi, suvarma sistemləri və s.), standartların və reqlamentlərin müəyyənləşdirilməsi;

- aqrar sahənin inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq, qiymətləndirmə və proqnozlaşdırmanın həyata keçirilməsi;

- müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən respublika üzrə tövsiyə xarakterli aqrar ixtisaslaşmanın aparılması və təsdiqi;

- aqrar sahə üzrə milli genetik ehtiyatların qorunması və səmərəli idarə olunması;

- karantin tətbiq edilən və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi;

- qanuna uyğun olaraq hüquqmüəyyənedici sənədlərin (patent, lisenziya və icazələr, habelə müəlliflik şəhadətnamələri) verilməsi;

- dayanıqlı aqrar sistemin təmin olunması, inteqrasiya olunmuş kənd təsərrüfatı sistemlərinin genişləndirilməsi və aqrar məhsul istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin artırılması üzrə tədbirlərin həyata keçirilməsi;

- qeyri-formal məşğulluğun qarşısının alınması və dayanıqlı məşğulluğun artırılması üzrə tədbirlərin həyata keçirilməsi;

- sosial inklüzivliyin təmin olunması, qadınların, gənclərin və həssas sosial qrupların aqrar sahədə iştirakının dəstəklənməsi;

- aqrar kooperativlərin və aqrar sahədə fəaliyyət göstərən ictimai birliklərin yaradılmasının təşviqi, fəaliyyətinin dəstəklənməsi və gücləndirilməsi;

- sığorta fəaliyyətinin təşkili və inkişaf etdirilməsi;

- aqrar sahədə iqlim dəyişiklikləri ilə mübarizə və dəyişikliklərə adaptasiyanın təşviqi;

- dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi və investisiyaların təşviqi;

- bazar intervensiyasının həyata keçirilməsi;

- aqrar sahənin yerli və beynəlxalq bazarlara inteqrasiyası, məhsul dövriyyəsinin, o cümlədən ixracının dəstəklənməsi;

- aqrar sahə üzrə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi;

- su ehtiyatlarından, o cümlədən suvarma suyundan səmərəli istifadənin təmin edilməsi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://baku.ws
archiveBu xəbər 02 Oktyabr 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri