Aqrar sahədə mütəxəssislərlə əlaqədar ictimai dinləmənin keçirilməsi təklif olunub
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Aqrar sahədə mütəxəssislərlə əlaqədar ictimai dinləmənin keçirilməsi təklif olunub.
APA xəbər verir ki, belə təkliflə Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Vüqar İskəndərov çıxış edib.
Deputat deyib ki, artıq Azərbaycan əsas prioritet məsələ kimi turizmə və aqrar sahəyə böyük önəm verir: ”Xüsusilə Ulu öndər Heydər Əliyevin 1969-cu ildən hakimiyyətə gəlişindən sonra Azərbaycan üzümçülük, şərabçılıq, tütünçülük, taxılçılıq və digər sahələrdə rentabelli respublikaya çevrilib. 1990-cı illərin əvvəllərindən isə bu sahədə mütəxəssislərin bir çoxu Türkiyədən, İsraildən dəvət edilirdi. Azərbaycan Aqrar Universitetində aqronom, zootexnik, digər mütəxəssislər yetişdirilirdi, amma həmin mütəxəssislərimizin bir çoxu o sahəni bitirsələr də işləmirdilər. Yaxud da ki, keyfiyyətli təhsil almırdılar ki, digər ölkələrdən aqrar sahə üzrə mütəxəssislər dəvət etməyə məcbur olurduq. Amma indi bu sahədə də kifayət qədər işlər görülür. Həmin universitetlə görüşün, ictimai dinləmənin keçirilməsi, görülən işləri, problemləri müzakirə etməyimiz çox mühüm məsələdir. İctimai dinləmənin nəticələri ilə biz bu sahədə daha çox uğurlar görə bilərik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 12 Sentyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















