Icma.az
close
up
RU
Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur

Aqrar sənayedə ilk: kalium sulfat artıq Azərbaycanda istehsal olunur

Icma.az, Marja.az saytına istinadən bildirir.

Torpağın bərəkətini artıran, kənd təsərrüfatında məhsuldarlığı zirvəyə daşıyan ən mühüm elementlərdən biri hesab olunan kalium sulfat gübrəsinin artıq ölkəmizdə istehsalına başlanılıb. Uzun illər xaricdən idxal edilən və meyvə-tərəvəz yetişdirilməsində bitkilərin immunitetini, dadını və keyfiyyətini yüksəldən bu strateji aqrokimya məhsulu indi "Made in Azerbaijan" brendi ilə ölkəmizdə hazırlanır və yaxın zamanda onu dünya bazarlarında da görmək mümkün olacaq.  

Sumqayıt Sənaye Parkının rezidenti “ELBA Chem” 23 milyon ABŞ dolları həcmində investisiya ilə Azərbaycanın xaricdən gübrə asılılığına son qoymağı hədəfləyir. 2026-cı ilin aprelindən etibarən sınaq istehsalına başlayan müəssisənin baş icraçı direktoru Hakan Özbek “vergiler.az”a müsahibəsində əsas hədəflərdən və xaricə çıxış planlarından danışıb.

Üçmərhələli investisiya planı

Sumqayıt Sənaye Parkının 3,3 hektarlıq ərazisində yerləşən “ELBA Chem” Azərbaycanda aqrar sektorda uzun illərdir fəaliyyət göstərən “EMA” Qrupunun sənaye yönümlü layihəsidir. Müəssisə 2026-cı ilin aprel ayında sınaq istehsalına başlayıb, elə həmin dövrdə də daxili bazara ilk məhsullarını çıxarıb.

Şirkət artıq 1-ci mərhələ üzrə 10 milyon dollarlıq investisiya yatırıb. 2027-2030-cu illərdə isə 2-ci və 3-cü mərhələlərin reallaşdırılması planlaşdırılır ki, bununla da ümumi investiya məbləği təxminən 23,3 milyon ABŞ dolları olacaq.

Baş icraçı direktorun sözlərinə görə, layihə Azərbaycanın qeyri-neft sənayesinin inkişafı və idxalın əvəzlənməsi istiqamətindəki dövlət siyasətinə mühüm töhfə verməkdədir.

İstehsal “Mannheim prosesi”nə əsaslanır

Müəssisənin istehsal fəaliyyəti dünyada geniş yayılmış “Mannheim prosesi” əsasında qurulub. Prinsip olaraq iki əsas xammal olan kalium xlorid və sulfat turşusu yüksək temperaturda xüsusi reaktorlarda reaksiyaya daxil olur, bunun da nəticəsində əsas məhsul olan kalium sulfat və yan məhsul kimi xlorid turşusu alınır. Sonrakı mərhələlərdə material soyudulma, üyüdülmə, qranullaşdırma, keyfiyyət yoxlaması və qablaşdırma xətlərindən keçərək 25 kiloqramlıq qablaşdırmada hazır məhsul kimi formalaşır. Proses avtomatlaşdırılmış idarəetmə sistemi ilə müşayiət olunur və hər partiya laboratoriya yoxlamasından keçirilir.

İstehsal həcminin artım dinamikası: 10 mindən 40 min tona...

Layihənin ilkin mərhələsində illik istehsal gücü 10.000 ton SOP və yan məhsul kimi 12.000 ton xlorid turşusu olaraq planlaşdırılıb. Hazırda müəssisədə bu gücə nail olmaq üçün mərhələli işəsalma və optimallaşdırma işləri aparılır. Zavodun gələcək fəaliyyəti isə ardıcıl genişlənmə strategiyasına əsaslanır. Bu çərçivədə 2027-ci il üçün nəzərdə tutulan ikinci fazada SOP istehsalının iki dəfə artırılaraq 20.000 tona çatdırılması və paralel olaraq, kalsium xlorid istehsal xəttinin qurulması planlaşdırılır. 2030-cu ilə qədər icrası hədəflənən üçüncü fazada isə SOP istehsalının həcminin dörd dəfə artırılmaqla 40.000 tona çatdırılması nəzərdə tutulur. Bu artım qrafiki həm daxili bazarın tələbatını ödəmək, həm də ixrac potensialını reallaşdırmaq məqsədilə müəyyən edilib.

120-dən çox iş yeri

Müəssisənin fəaliyyətə başlaması ilə birinci faza çərçivəsində 120-dən çox iş yeri yaradılıb. Operator, texnoloq, laborant, mühəndis, eləcə də logistika və idarəetmə heyətindən ibarət olan bu vakansiyalar əsasən yerli mütəxəssislər hesabına təmin edilir. Gələcəkdə ikinci və üçüncü fazaların reallaşdırılması ilə bu göstəricinin daha da yüksələcəyi gözlənilir. Zavod yalnız birbaşa məşğulluqla məhdudlaşmır, eyni zamanda daşıma, qablaşdırma, texniki xidmət və distribusiya kimi əlaqəli sahələrdə yerli kiçik və orta sahibkarlıq subyektləri ilə sıx əməkdaşlıq edir. Bu tərəfdaşlıq isə regionda geniş dolayı məşğulluq imkanları və əlavə iqtisadi canlanma yaradır.

İdxaldan asılılığa son: yerli istehsalın iqtisadiyyata təsiri

“ELBA Chem”in fəaliyyətə başlaması ölkə iqtisadiyyatına bir neçə mühüm istiqamətdə strateji üstünlüklər qazandırır. İlk növbədə, daxili istehsal respublikanın aqrar və ərzaq təhlükəsizliyinə birbaşa töhfə verməklə yanaşı, fermerlərin keyfiyyətli gübrəyə daha rahat, dayanıqlı çıxışına imkan yaradır. Eyni zamanda, yerli sənaye qlobal bazarlardakı kəskin qiymət dalğalanmalarından və logistik risklərdən qorunmuş olur. Digər tərəfdən, istehsalat zamanı yaranan yan məhsulun, yəni xlorid turşusunun da yerli bazara çıxarılması ölkə iqtisadiyyatında əlavə bir idxalı əvəzləmə effekti yaradır.

Yerli bazarda “PRO” seriyalı məhsullar

Daxili bazarda kalium sulfat məhsulu “PROSOP” brendi altında təqdim olunur. Bu, “ELBA”nın “PRO” məhsul seriyasının ilk məhsuludur. Sonrakı mərhələlərdə xlorid turşusunun “PROCID”, kalsium xloridin isə “PROCAL” adı altında bazara təqdim edilməsi nəzərdə tutulur. Məhsul 25 kiloqramlıq qablaşdırmada təqdim olunur və “EMA Aqro”nun ölkə üzrə paylama şəbəkəsi vasitəsilə aqrar istehlakçılara çatdırılır. Sənaye miqyaslı sifarişlər isə birbaşa müəssisədən təmin oluna bilər.

Yerli resurslar: "ELBA Chem"in strateji xammal balansı

Məhsulun ərsəyə gəlməsində əsas iki xammal - kalium xlorid və sulfat turşusudur. İcraçı direktorun sözlərinə əsasən, sulfat turşusu yerli istehsalçıdan uzunmüddətli müqavilə əsasında təmin olunur ki, bu da lokallaşdırma göstəricisinə müsbət təsir edir. Kalium xlorid isə hazırda Azərbaycanda istehsal olunmadığı üçün xaricdən idxal edilir. Digər tərəfdən, prosesdə yaranan yan məhsul olan xlorid turşusuna daxili sənayedə, xüsusən neft-qaz, metallurgiya və kimya sahələrində ciddi tələbat var. Bu da öz növbəsində yerli bazarda mühüm idxalı əvəzləmə effekti yaradır.

İkimərhələli ixrac strategiyası: yaxın regiondan Avropa İttifaqına...

Müəssisənin hazırkı mərhələdə əsas prioriteti daxili bazarın tələbatını sabit şəkildə qarşılamaqdır, ixrac yanaşması isə iki fərqli mərhələni əhatə edən strateji dairə üzərində qurulub. Birinci dairə bilavasitə yaxın regionu, yəni Gürcüstan, Türkiyə, Özbəkistan və digər Mərkəzi Asiya ölkələrini əhatə edir. Bu bazarlarda coğrafi yaxınlığın verdiyi logistik üstünlüklər və mövcud aqrar əməkdaşlıq əlaqələri qısa və orta müddətdə möhkəm mövqe qazanmağa imkan yaradır. İkinci dairə isə daha yüksək standartlar tələb edən Avropa İttifaqı bazarlarıdır ki, bu istiqamətdə də hazırda beynəlxalq sertifikatlaşdırma və keyfiyyət uyğunluğu üzrə zəruri hazırlıq işləri aparılır.

H.Özbek bildirib ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin təmin etdiyi institusional dəstək, eləcə də Bakı–Tbilisi–Qars dəmir yolu və Xəzər limanı kimi strateji infrastruktur imkanları məhsulun həm Qərb, həm də Şərq istiqamətində maneəsiz daşınmasına etibarlı logistik dəstək formalaşdırır.

“İnteqrasiya Edilmiş İdarəetmə Sistemi” və qlobal keyfiyyət zəmanəti

Hazırda müəssisədə “İnteqrasiya Edilmiş İdarəetmə Sistemi”nin (IMS) qurulması istiqamətində məqsədyönlü addımlar atılır. Bu çərçivədə, beynəlxalq sertifikatlaşdırma tələblərinə uyğun olaraq, ISO 9001 keyfiyyət, ISO 14001 ətraf mühit və ISO 45001 - əməyin təhlükəsizliyi standartları üzrə xüsusi yol xəritəsi əsasında hazırlıq işləri həyata keçirilir. Bununla yanaşı, məhsulun gələcəkdə Avropa İttifaqı (Aİ) bazarlarına maneəsiz çıxışını təmin etmək məqsədilə Aİ-nin gübrələr üzrə tənzimləyici çərçivəsinə (FPR) uyğunlaşdırılması üçün texniki və sənədləşdirmə prosedurları mərhələli şəkildə davam etdirilir. Keyfiyyətə tam zəmanət vermək üçün müəssisədə istehsal olunan hər bir məhsul partiyası laboratoriya yoxlamasından keçirilir və yalnız müvafiq keyfiyyət sertifikatı təsdiq olunduqdan sonra dövriyyəyə buraxılır.

“Mannheim prosesi”nin ən böyük üstünlüklərindən biri də odur ki, istehsalat zamanı yaranan yan məhsul, yəni xlorid turşusu ətrafa atılmır, əksinə, ayrıca bir xammal kimi yığılaraq birbaşa bazara yönləndirilir. Beləliklə, vahid istehsal xəttindən iki fərqli kommersiya məhsulu əldə edilir ki, bu da resurslardan maksimum səmərəli istifadə anlamına gəlir.

Müəssisədə müasir qaztəmizləmə qurğuları, qapalı dövriyyəli soyutma sistemi və hava emissiyalarının daimi monitorinqi tətbiq olunur. İcraçı direktor bildirib ki, ekoloji məsuliyyət istehsalatın ayrılmaz və əsas tərkib hissəsidir.

H.Özbek qeyd edib ki, “ELBA Chem” Azərbaycanın qeyri-neft sənayesinin inkişafı, idxalın əvəzlənməsi və yerli istehsalın gücləndirilməsi istiqamətində yürüdülən dövlət siyasətinə real töhfə vermək missiyasını daşıyır. Onun sözlərinə görə, dövlətin Sumqayıt Sənaye Parkında təmin etdiyi institusional mühit və güzəştlər layihənin uğurla reallaşdırılmasında əsas hərəkətverici qüvvəyə çevrilib. Təqdim olunan üçfazalı genişlənmə proqramı, innovativ "PRO" məhsul seriyasının inkişafı və mərhələli ixrac strategiyası Azərbaycanda beynəlxalq miqyasda rəqabət apara biləcək dayanıqlı sənaye potensialının qurulması hədəfinə xidmət edir.

İş elanları AzVak.az-da

"Vergilər",  Faiq KƏRİMOĞLU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://marja.az
archiveBu xəbər 08 İyun 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri