Icma.az
close
up
RU
“Dövlət bu məsələyə müdaxilə etməlidir” Vahid Əhmədovdan çağırış

“Dövlət bu məsələyə müdaxilə etməlidir” Vahid Əhmədovdan çağırış

Icma.az bildirir, Yenisabah portalına istinadən.

“Kənd təsərrüfatı bütün dünyada subsidiyalar və dövlət dəstəyi hesabına fəaliyyət göstərir. Bu, təkcə Azərbaycana aid deyil. Azərbaycanda da subsidiyaların verilməsinin səbəbi kənd təsərrüfatında mövcud olan çətinliklərdir. Su təminatı ilə bağlı problemlərimiz var, torpaqların şoranlaşması müşahidə olunur və digər ciddi çətinliklər mövcuddur”.

“Yeni Sabah” xəbər verir ki, bunu Azpolitika.info-ya müsahibəsində keçmiş millət vəkili Vahid Əhmədov deyib.

O, bildirib ki, indi iri fermer təsərrüfatları və aqroparklar yaradılır, dövlət diqqətini daha çox həmin təsərrüfatlara yönəldir. Lakin adi vətəndaşın həyətyanı sahəsində və ya bir neçə hektar torpağında istehsal etdiyi məhsullara da diqqət yetirmək lazımdır: Onlayn mağaza

“Bu yaxınlarda torpaq sahələrinin birləşdirilməsi ilə bağlı təkliflər səsləndirildi. Mən hesab edirəm ki, bu, yaxşı ideyadır. Ancaq torpaqların birləşdirilməsi üçün düzgün mexanizm hazırlanmalıdır. Məsələn, beş nəfər könüllü şəkildə birləşərək ortaq təsərrüfat yaratmaq istəyirsə, bunun üçün əlverişli şərait olmalıdır. Bu proses insanlarda yenidən kolxoz və sovxoz sisteminin yaradıldığı təəssüratı yaratmamalıdır.

Bütün tədbirlər elə təşkil olunmalıdır ki, həm dövlətə, həm də insanlara fayda versin. Yoxsa onsuz da çətinliklə yaşayan, zəhmət çəkərək bir parça çörək qazanan insanlara əlavə vergi yükü qoymaq nə dərəcədə doğrudur? Mən hesab edirəm ki, bu məsələyə yenidən baxılmasına ehtiyac var”.

V. Əhmədov hesab edir ki, bahalaşmanın qarşısını almaq üçün, ilk növbədə, Antiinhisar və İstehlak Bazarına Nəzarət qurumları öz işlərini ciddi şəkildə qumralıdırlar:

“Subyektiv qiymət artımına yol verilməməlidir. Obyektiv qiymət artımını müəyyən mənada başa düşmək olar. Dünya bazarında qiymətlər yüksəlirsə, bu, Azərbaycana da təsir edəcək. Lakin subyektiv, əsassız qiymət artımı da kifayət qədər geniş yayılıb, bunun qarşısı alınmalıdır.

Mən mağazalarda, marketlərdə və ticarət mərkəzlərində qiymətlərin sürətlə artdığını müşahidə edirəm. İnsanların hazırkı əməkhaqqı və pensiya səviyyəsi ilə bu qiymətlərə uyğun yaşaması çox çətindir. İndi pensiyaların 7-10 faiz artırılmasından danışılır. İnflyasiyanın isə 5-6 faiz olduğu bildirilir. Lakin reallıqda insanların gündəlik xərcləri bundan daha çox arta bilər.

Mən dəfələrlə demişəm ki, Azərbaycanda statistikanın fəaliyyətinə və istifadə olunan metodologiyaya yenidən baxılmalıdır. Qiymət artımının hesablanması metodikası dəyişdirilməlidir. Bundan başqa, istehlak bazarına nəzarət gücləndirilməlidir. Müvafiq qurumlar bazarlara gedərək qiymətləri yoxlamalı, əsassız bahalaşmanın qarşısını almalıdırlar.

İkincisi, dövlətin müəyyən ehtiyat fondları olmalıdır. Bazarda qiymət artımı baş verəndə dövlət ehtiyatlarından istifadə etməklə zəruri məhsulları bazara çıxarmaq və qiymətlərin daha da yüksəlməsinin qarşısını almaq mümkündür. Dövlət bu məsələlərə müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək. Ona görə də bu, çox ciddi məsələdir”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 Noyabr 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri