Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün imtahana qeydiyyat başlanıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 1 sentyabr, AZƏRTAC
Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vuran və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına qeydiyyat başlanıb.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qeydiyyat prosesi 15 sentyabr saat 18:00-dək davam edəcək. İmtahan sentyabrın 29-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) keçiriləcək.
İmtahan vermək istəyənlərin internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet”i olmalıdır. Onlar həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan vəsaiti əlavə etməli, “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.
İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair açıq və qapalı tipli test tapşırıqlarını əhatə edir. Toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. Otuz altı və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü verilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 01 Sentyabr 2025 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















