Tbilisidə etirazçılar parlament binasının şüşələrini sındırıblar VİDEO (YENİLƏNİB)
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
Tbilisidə hökumət əleyhinə aksiya iştirakçıları parlament binasının pəncərələrinə daş atıblar.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanat yayıb.
Departamentdən verilən məlumata görə, bəzi aksiya iştirakçılarının yanında pirotexniki vasitələr və ağır əşyalar olub. Hüquq-mühafizə orqanları toplaşanları etirazlarını dinc şəkildə bildirməyə çağırır.
***22:20
Gürcüstanın paytaxtı Tbilisidə növbəti etiraz aksiyası Rustaveli prospektində keçirilir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Tbilisidə ölkə parlamentinin qarşısında etirazçılar binanın yaxınlığındakı yan küçədə xüsusi təyinatlıların zabitlərinə fişənglər atıblar.
Bunun fonunda Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisidə parlament binasının qarşısına toplanmış etirazçılara xəbərdarlıq edib. DİN aksiya iştirakçılarına qanunla müəyyən edilmiş çərçivədə etiraz etməyə və qanunsuz hərəkətlərə yol verməməyə çağırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 30 Noyabr 2024 23:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















