Icma.az
close
up
RU
Aqressiya cəmiyyətdə həddindən artıq yüksəlib Psixoloq

Aqressiya cəmiyyətdə həddindən artıq yüksəlib Psixoloq

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Dayı bacısı qızını, övlad anasını qətlə yetirir, cinayətlər adi hala çevrilir


“İnsanlar ruhi gərginlik və yadlaşma səbəbindən qəddarlığa meyllənir”


 “Kompüter oyunları və sosial şəbəkələr gənclərdə aqressiyanı artırır”


Hər gün hansısa kriminal hadisə barədə məlumat yayılır. Dayı bacısı qızının boğazını kəsir, övlad atanı, ananı, nəvələr baba, nənəni qətlə yetirir, ər arvadını asır, yeniyetmə başqa bir yeniyetməyə bıçaqla xəsarət yetirir, bir başqası gənc qıza təcavüz edir... Hələ nə qədər eşidəcəyik qandonduran bu tip xəbərləri? Bəllidir. Həyat var, cəmiyyət var, kriminal ünsürlər, hisslərinə hakim olmayanlar, qəddarlığa norma kimi baxanlar, özünü bütün hallarda haqlı sayan nadanlar hər bir cəmyyətdə mövcuddur. Lakin səbəb nədir? İnsan necə bir halda, hansı ruhi vəziyyətdə olmalıdır ki, doğmasına qəddarcasına münasibət bəsləsin, ata və ya anasını qətlə yetirsin, onu böyüdüb boya-başa çatdıran, baba-nənəyə qarşı zalım davransın?!. 

Bu günlərdə Masazır qəsəbəsində dəhşətli qətl hadisəsi qeydə alındı. Rusiyadan Azərbaycana qayıtmış şəxs bacısı qızının boğazını kəsərək qətlə yetirib. Samux rayonunda qayınata keçmiş kürəkənini vəhşicəsinə döyüb. Naxçıvanda isə həyat yoldaşını asaraq öldürməkdə ittiham edilən Azər İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən Azər İbrahimli 13 il müddətinə azadlıqdan məhrum edilib.  


Aqressiyanın, qəddarlığın səbəblərini izah edən psixoloq Elmir Əkbər Sherg.az-a açıqlamasında qeyd etdi ki, həqiqətən də cəmiyyətimizdə aqressiyanın faizi həddindən artıq yüksəlib: 

- Mənim elmi işimin mövzusu aqressiya ilə bağlıdır deyə, bu kimi hadisələri təhlil edirəm. Təhlil apardıqca qəddarlığı stimullaşdıran bir sıra ümumi, obyektiv, sosial səbəblərin olduğu görünür. Hazırda informasiya bolluğudur. Hətta hədsiz bolluqdur. Hər cür informasiyalara sərbəst çıxış imkanları hüdudsuzdur. Həyat əvvəlki kimi aramla, sakit keçmir. Məlumat çoxdur. Bu isə beyində gərginlik yaradır. Cəmiyyətə xas individual məqamlar da var, bu isə ondan ibarətdir ki, insanlar beyinlərində toplanmış neqativlərdən azad olmurlar. Məsələn, idmanla məşğul olmurlar, təbiət qoynuna gəzintiyə çıxmırlar, doğmalarıyla, qohum-əqrəba, dost-tanışla ünsiyyətdə olmurlar, get-gəl yoxdur. Hamı özünə qapanıb, dar çərçivədə yaşayır. Hamının başı pul qazanmağa, yaşayışını yaxşı-pis təmin etməyə çalışır,  başları qarışıb, kimsə başını qaldırıb ətrafda nə baş verdiyinin fərqinə varmır. Yaşayış çətinləşib deyə buna imkan da yoxdur. Ona görə də insanlar getdikcə bir-birinə yadlaşır. Hətta doğma insanlar da bir-birindən uzaqlaşır. Mehribanlıq itir deyə, doğma insan da yad kimi görünür. Belə halda təbii ki, qətl etmək də adi görünə bilər. Əgər ülvi hisslər qalmayıbsa, “bu atamdır, bu anamdır, onlarla sərt, qəddar davranmayım”, deyə bir münasibət, fikir insanları çəkindirmir, cinayət əməlindən. Cinayət adi görünməyə başlayır. 


Psixoloq bildirdi ki, cinayət əməlinə münasibətlə bağlı cəmiyyətdə ciddi psixoloji iş aparılmalıdır: 

- Cinayətlərin ağırlıq dərəcəsini insan anlamalı, bilməlidir. İnsan özünün profilaktikası ilə məşğul olmalıdır. Aqressiya yaradan filmləri izləməməli, mahnıları dinləməməlidir. Müsbət işlərlə, ona ruhi rahatlıq gətirəcək, ürəyini sevindirəcək işlərlə məşğul olmalıdır. İnsanlar öz psixoloji ruh halına zaman həsr etməlidirlər. Təəssüf ki, təşviş, depressiyaya çox zaman barmaqarası baxırlar. Halbuki belə hallar insanın psixoloji vəziyyətini getdikcə gərginləşdirib cinayətə sürükləyə bilər. Sosial şəbəkələrdə də psixoloqlar çoxalıb. Bilinmir, kim həqiqi mütəxəssisdir, kim saxta həkimdir. Seanslar təşkil edirlər, amma insanlara faydası olmur. Kompüter oyunları, smartfonlarla keçirilən zaman insanın sinir sistemini sıradan çıxarır. İzlənilən deyək ki, aqressiya məzmunlu hansısa görüntü şüuraltında ağır iz qoyur. Zəif psixologiyaya malik insanlara belə görüntülər tez təsir edir. Təsir altına düşürlər. Və müxtəlif cinayət tərkibli əməllərə əl atırlar. Gündəlik sağlam həyat tərzi keçirməlidir hər bir insan. İnsanın yuxu rejimi normal olmalıdır. Ruhi sakitlik təmin edilməlidir. Bu, böyük ölçüdə bizim özümüzdən asılıdır. İnsan şüurlu varlıqdır. Nəyin zərərli, nəyin faydalı olduğunu özü ayırd edə bilər. Ailədə, iş yerində səmimi münasibətlərin olması vacibdir. Belə olmadıqda mövcud gərginlik artır, insan qəddarlığa meyilli olur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://sherg.az
archiveBu xəbər 07 Oktyabr 2025 06:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri