AQTA: Alça təsərrüfatlarında zərərli orqanizm aşkarlanmayıb
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 27 aprel, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən hər il təsərrüfat sahələrində və meyvə bağlarında fitosanitar vəziyyətin qiymətləndirilməsi, zərərli orqanizmlərin vaxtında aşkarlanması və risklərin minimuma endirilməsi məqsədilə “Milli Monitorinq Planı” hazırlanır.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu çərçivədə agentliyin müfəttişləri tərəfindən ölkənin müxtəlif bölgələrindəki bitkiçilik təsərrüfatlarında, o cümlədən alça bağlarında mütəmadi monitorinqlər aparılır, bitkilərin inkişaf mərhələsi, xəstəlik və zərərvericilərin yayılma ehtimalı təhlil olunur.
Monitorinqlər zamanı karantin tətbiq edilən, habelə məhsuldarlığa təhlükə törədən digər zərərli orqanizmlər aşkar edildiyi halda, dərhal zəruri fitosanitar tədbirlərin görülməsi barədə qərarlar qəbul edilir və aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə onların icrası təmin olunur.
Cari ildə alça təsərrüfatlarında mövsümün yeni başlaması ilə əlaqədar monitorinqlərə başlanılıb və sahələrdə mütəmadi müşahidələr aparılır. Bugünədək aparılan ilkin müşahidələr və toplanmış məlumatlar əsasında hazırkı mərhələdə hər hansı zərərli orqanizm aşkarlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 27 Aprel 2026 17:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















