AQTA dan Rahat Marketlərdə vaxtı keçmiş kolbasa satışı iddiası ilə bağlı AÇIQLAMA
Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi redaksiyamıza Rahat marketdən alınmış kolbasa məhsulunun istifadə tarixinin dəyişdirilməsi ilə bağlı şikayət daxil olmuşdu.
Vətəndaşın göndərdiyi fotoya əsasən Pınar firmasının “Aç Bitir” kolbasa məhsulunun üzərindəki istehsal tarixinin altında silinmiş başqa rəqəmlərin də izləri aydın göründüyü üçün məhsulun istifadə müddətinin bitməsi ehtimalı ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciət etdik.
Agentlikdən Bizim.Media-ya bildirildi ki, müraciət əsasında məsələ ilə bağlı mağazada məhsullara müvafiq baxış keçirilib.
İddiada qeyd olunan tarixdə istehsal edilmiş məhsullar üzrə yoxlama nəticəsində yararlılıq müddətinin dəyişdirilməsinə və ya silinməsinə dair hər hansı fakt aşkar edilməyib.
Qeyd edək ki, Rahat Marketlər şəbəkəsindən də daha öncə iddia təkzib olunaraq bildirilib ki, mallar daşınan zaman məhsulların üst-üstə yığılması nəticəsində bir-birinə yapışır və yazıların mürəkkəbi digər kağızlara keçir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:160
Bu xəbər 06 Avqust 2026 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















