AQTA sədri qida sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşəcək
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli iyunun 5-i saat 14:00-da Agentliyin inzibati binasında vətəndaların müraciətlərini dinləyəcək.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışanlar onları narahat edən məsələlərlə əlaqədar Agentlik sədri ilə görüşə bilərlər.
Görüşdə iştirak etmək istəyənlər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək [email protected] elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.
Baxış sayı:107
Bu xəbər 29 May 2025 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















