Icma.az
close
up
RU
FIFA da qarşıdurma böyüyür: İnfantinonun rəqibindən sərt ittihamlar

FIFA da qarşıdurma böyüyür: İnfantinonun rəqibindən sərt ittihamlar

Icma.az bildirir, Idman.biz portalına istinadən.

FIFA prezidentliyi uğrunda mübarizəyə qoşulan Fransa Futbol Federasiyasının rəhbəri Filipp Diallo hazırkı prezident Canni İnfantinonun idarəçilik üsulunu sərt tənqid edib.

İdman.Biz xəbər verir ki, 63 yaşlı funksionerin namizədliyi noyabrın 17-də Fransa Futbol Federasiyasının İcraiyyə Komitəsi tərəfindən rəsmən təsdiqlənib. Diallo Parisdə keçirdiyi mətbuat konfransında seçki kampaniyasına başladığını açıqlayıb.

“Mən bu seçkiyə sadəcə alternativ fikir səsləndirmək üçün deyil, qalib gəlmək üçün qoşuluram. Son aylarda baş verənlər futbol dünyasını sarsıdıb və bizim futbolun gələcəyi ilə bağlı baxışlarımıza uyğun gəlmir”, - deyə o bildirib.

Diallo FIFA-da mühüm qərarların şəffaflıq olmadan qəbul edildiyini iddia edib:

“Futbolun ən vacib məsələləri maraqlı tərəflərlə məsləhətləşmədən, bağlı qapılar arxasında həll olunur. Son hadisələr futbolun imicinə və etibarlılığına zərbə vurub, parçalanma yaradıb”.

Fransalı funksioner narazılıq doğuran qərarlar sırasında dünya çempionatının kommersiya hüquqlarının özəl investorlara verilməsi planını, FIFA-nın Sülh Mükafatının təsis edilməsini, Folarin Baloqunun qırmızı vərəqə cəzasının ləğvini və mundialın finalında fasilənin uzadılmasını göstərib.

Diallo digər qitələrdən də dəstək almağa çalışdığını gizlətməyib. Onun sözlərinə görə, artıq Avropadan kənarda yerləşən federasiyalardan müsbət siqnallar daxil olub.

“UEFA-nın yekdil dəstəyi sayəsində artıq böyük səs bazasına malikəm. İndi mənim və komandamın vəzifəsi digər qitələrdəki federasiyaları da inandırmaqdır. Dünəndən etibarən başqa qitələrdən ciddi dəstək siqnalları almışam. Bunlar yaxın günlərdə açıqlanacaq”, - deyə o vurğulayıb.

Fransa Futbol Federasiyasının prezidenti Yaponiyanın sabiq futbol rəhbəri, FIFA prezidentliyinə digər namizəd Kozo Taşima ilə də əlaqə saxladığını bildirib. Diallo onunla qüvvələri birləşdirmək niyyətindədir.

“Bizim yanaşmalarımız eyni qiymətləndirmələrə və dəyərlərə əsaslanır”, - deyə funksioner əlavə edib.

Diallo FIFA rəhbərliyinə seçiləcəyi təqdirdə idarəetmədə şəffaflığı artırmağı, klubların və futbolçuların qərarların qəbulunda iştirakını genişləndirməyi planlaşdırdığını bildirib.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsində və FIFA Şurasında təmsil olunan Avropa milli assosiasiyalarının nümayəndələri noyabrın 16-da Diallonun namizədliyini yekdilliklə dəstəkləyiblər. FIFA prezident seçkiləri 2027-ci il martın 18-də Mərakeşin paytaxtı Rabatda keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 18 Noyabr 2026 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri