Icma.az
close
up
RU
AQTA xidmətləri rəqəmsallaşdırır

AQTA xidmətləri rəqəmsallaşdırır

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyi sahəsində proseslərin daha səmərəli təşkili və göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədilə rəqəmsallaşma istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilir.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) vasitəsilə idxal və ixrac əməliyyatları ilə bağlı fasiləsiz elektron xidmətlərin göstərilməsi təmin olunur. İdxal olunan məhsullarla bağlı 8, ixrac əməliyyatları üzrə isə 4 növ elektron ərizə forması istifadəyə verilib. 

Rəqəmsallaşma tədbirləri nəticəsində idxal-ixrac prosedurlarının bütün əsas mərhələləri elektron müstəviyə keçirilib. Belə ki, sahibkarların müraciətlərinin təqdim edilməsi, müraciətlərin aidiyyəti struktur bölmələr tərəfindən emalı və yekun sənədin təqdim olunması mərhələlərinin hər biri artıq elektron qaydada həyata keçirilir. 

Elektron kabinet vasitəsilə sahibkarlar müraciətlərini onlayn qaydada təqdim edə, müraciətlərin icra vəziyyətini real vaxt rejimində izləyə, ödənişlər barədə məlumat əldə edə və ödənişləri elektron şəkildə həyata keçirə bilirlər. 

Prosesin yekununda formalaşdırılan sənəd sahibkarın elektron kabinetinə göndərilir və sistem üzərindən qurulmuş avtomatik inteqrasiya vasitəsilə real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ötürülür. 

Görülən işlər sahibkarlıq subyektləri üçün inzibati yükün azaldılmasına, insan amilinin minimuma endirilməsinə, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və ümumilikdə qida təhlükəsizliyi sahəsində idarəetmənin müasir tələblərə uyğun şəkildə qurulmasına xidmət edir. 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən rəqəmsal transformasiya istiqamətində tədbirlərin mərhələli və sistemli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Gülər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 06 Mart 2026 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see396

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see339

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see273

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see235

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see223

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see204

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see203

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see199

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see193

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see190

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see187

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see177

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see173

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see170

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see166

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see161

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see159

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see159

Ən çox istifadə edilən emoji açıqlandı

25 Avqust 2026 07:15see144

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri