Icma.az
close
up
RU
AQTAnın yeni qaydasından kimə nə fayda?! Dönərdən zəhərlənmənin tək səbəbi həmişə ət olmur

AQTAnın yeni qaydasından kimə nə fayda?! Dönərdən zəhərlənmənin tək səbəbi həmişə ət olmur

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Yeni qaydaya əsasəsən dönər üçün lazım olan ət, yalnız Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tələb etdiyi kəsim məntəqələrindən alınmalıdır. Bu addımın dönərdən zəhərlənmə hallarının qarşısının alınması üçün atıldığı iddia edilsə də, biz dəfələrlə bu kimi addımların fərqli məqsədlərə xidmət etdiyinin şahidi olmuşuq...Hər zaman deyirlər məsələlərə pozitiv yanaşmaq lazımdır, amma kim zəmanət verə bilər ki, bu qayda rüşvət hallarının daha da artması üçün verilməyib və yaxud onsuz da mətbuata şəffaf olmayan, özünün müəyyən etdiyi xüsusi jurnalist qrupu ilə işləyən AQTA-nın bu fəaliyyətinin şəffaf olduğuna bizi kim inandıra bilər?

Etiraf etməliyik ki, AQTA-ya təyin edilən sözçülər də uğursuz olub. Mətbuatla işini yaxşı qura bilməyib. Ya da sanki "öz ətrafındakılar" ilə işləməyə çalışıb ki, bu da nəticədə AQTA-nı "şübhəli" fəaliyyət göstərən qurum durumuna salıb.

Nə isə... Bunu sıradan bir vəziyyət kimi qəbul etməliyik, başqa çarəmiz varmı sanki?!

Bəs dönərlə bağlı təyin edilən "yeni" qaydalar nədir və özündə nəyi ehtiva edir?

“Azad İstehlakçılar Birliyi” nin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, yeni qaydaya görə, dönər üçün ət AQTA-nın tələb etdiyi kəsim məntəqələrindən alınmalıdır.

Eyyub Hüseynov

“Məlum məsələdir ki, həmin ətlər kəsim məntəqələrində baytar yoxlamalarından keçirilir və təhlükəsizdir. Məncə, dönərxanalar bu məntəqələrdən ət alacaq və üstəlik kağız da alıb divara vuracaqlar ki, ətlər qeyd olunan məntəqələrdən alınıb. Amma paralel şəkildə əvvəl olduğu kimi yenə istədikləri ətlərdən istifadə edəcəklər. Heç kəs sübut edə bilməyəcək ki, bu ət fərqli ətdir”-deyən ekspert hesab edir ki, heç bu qaydanın tətbiqi də dönərdən zəhərlənmə hallarını aradan qaldırmayacaq.

Ekspert həmçinin bildirib ki, dönərdən zəhərlənmə halları əksər hallarda ətdən olmur: “Burada mayonez, digər tərəvəzlər və ingridentlər böyük rol oynayır. Eyni zamanda bu gündən sabaha saxlanılmış dönərlərə də diqqət yetirilməlidir. Çünki çirklənmiş dönərlərdəki ətin istehlakçını zəhərləməsi üçün ət göyərməli və qoxu verməlidir.

P.S. Göründüyü kimi AQTA-nın yeni təşəbbüsü də heç də istehlakçıların təhlükəsizliyinə, sağlamlıq üçün risk daşıyan faktorlardan müdafiəyə hesablanmayıb. Hər nədirsə, çox keçməz Türklər demiş: “çıkar kokusu”...

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Noyabr 2024 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see243

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see200

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see169

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see169

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see164

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see162

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see139

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139

Bakı Sumqayıt qatarının 4, 15, 20 və 28 iyun üçün hərəkət qrafiki açıqlanıb CƏDVƏL

23 Yanvar 2026 05:36see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri