Icma.az
close
up
RU
Dönərdən zəhərlənmələr: AQTAnın tədbirləri niyə səmərə vermir? ARAŞDIRMA

Dönərdən zəhərlənmələr: AQTAnın tədbirləri niyə səmərə vermir? ARAŞDIRMA

Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, dünən Zaqatalada növbəti dəfə dönərdən zəhərlənmə faktı qeydə alınıb. Belə ki, 3 nəfər (iki kişi, bir qadın) dönərdən zəhərlənmə diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Qeyd edək ki, bu, Zaqatalada dönərdən zəhərlənmə ilə bağlı ilk hadisə deyil.

Belə ki, bu ilin mayında bu rayonda 7- nəfər toyuq dönərindən zəhərlənərək təcili yardıma müraciət etmişdilər. Bu il oktyabrın 11-də isə Qazaxda 18 tələbə dönərdən zəhərlənmişdi.

Bəs dönərdən zəhərlənmələrin əsas səbəbləri hansılardır? Bu halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Məsələ ilə bağlı Bakupost.az -a açıqlama verən qida texnoloqu Ağa Salamov bildirib ki, zəhərlənmələr əsasən, toyuq dönəri ilə əlaqəli olur. Buna səbəbsə dönər ətində salmonella bakteriyasının çoxalmasıdır:

"Problem qida zəncirindəki qırılmalarla bağlıdır. Müəssisələrdə sanitar-gigiyenik qaydalara riayət edilməməsi, aşpazların şəxsi gigiyena qaydalarına əməl etməməsi, əllərin yaxşı yuyulmaması və məhsulların düzgün şəraitdə saxlanılmaması zəhərlənmə riskini artırır. Eyni zamanda, dönərin saatlarla şiş üzərində qalması və ya axşamdan qalan dönərin səhər istifadəsi də çox təhlükədir. Müştəri sayı az olduqda ət uzun müddət açıq havada qalır və onun istifadəsi qida zəhərlənməsinə səbəb olur. Bundan əlavə, mayonezin otaq temperaturunda saatlarla saxlanması da zəhərlənmə riskini artırır".


Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri Məshəti Hüseynova isə bildirib ki, dönər zəhərlənməsində təkcə ətin keyfiyyəti deyil, eyni zamanda onun tam bişməməsi, bişirilmə zamanı alovla birbaşa təması, əriyən yağların alova damlaması və bunun nəticəsində yaranan zərərli qazların təsiri də nəzərə alınmalıdır: Digər bir məqam isə dönərin bişirildikdən sonra sərin temperaturda maksimum 1 saat ərzində saxlanılması və istehlak olunmasıdır".


Qeyd edək ki, son aylarda AQTA tərəfindən dönərxanalarda hazırlanan dönərlərin minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər həyata keçirilib. Ölkə üzrə monitorinq keçirilən 310 müəssisədən yalnız birinin vəziyyəti qənaətbəxş hesab olunub, 309 müəssisədə isə ciddi nöqsanlar aşkar edilib.

Bununla bağlı, AQTA oktyabrın 23-də "Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları" adlı yeni texniki hüquqi akt hazırlayıb. Lakin bütün bu tədbirlərə baxmayaraq, dönərdən zəhərlənmələr hələ də davam edir.

Bu məqama toxunan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, təəssüf ki, dönərdən zəhərlənmələrin qarşısını almağa çalışan orqan - Qida Təhlükəsizliyi Agentliyi əsasən, ətə fikir verir:

"Ancaq burada digər amillərin də rolu var. Dönərin hazırlanmasında istifadə olunan mayonezlər var ki, onların saxlanma müddəti 4 saatdan artıq deyil. Lakin biz görürük ki, mayonezlər açıq qablarda isti dönərxanalara qoyulur və orada xarab olur. Ən ciddi məsələ bu gündən sabaha saxlanılan dönərlərdir. Dönərlər elə hazırlanmalıdır ki, bu gündən sabaha saxlanılmasın. Hətta soyuducuda saxlansa belə, artıq o, çirklənmiş dönər sayılır.

Əgər biz dönərxanalara getsək, görəcəyik ki, onların kağızları var, hardansa ciddi yerdən alıblar. Lakin heç kim sübut edə bilməz ki, o kağız dönərə aiddir, ya yox. Qida Təhlükəsizliyi Agentliyi bu sahədə iş aparır və dönərxanaları məcbur edir ki, əti AQTA-nın nəzarətində olan yerlərdən alsınlar. Lakin onlar ordan bir sənəd alıb gətirəcəklər və yenə də öz bildiklərini edəcəklər. Yəni dönərxanalar üçün mükəmməl nəzarət mexanizmi yoxdur. İllər öncə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi rayonlarda murdar olmuş heyvan ətlərinin Bakıya daşınmasını ifşa etmişdi. At əti, eşşək əti çoxlu dönərxanalara gətirilirdi və güman edirəm ki, bu, bu gün də davam edir".

AİB sədri bildirib ki, buna görə Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində dəyişiklik olunmalıdır:

"Mükəmməl yoxlama mexanizmi olmalıdır. Qida Təhlükəsizliyi Agentliyi yalnız planlı yoxlamalar edir ki, bu da kifayət etmir. Bundan əlavə, bu gündən sabaha saxlanmış dönərlərə son qoyulmalıdır. Dönərləri hazırlayıb şişə taxan, onları -40 dərəcədən çox dondurmadan keçirən iki müəssisə mövcuddur. Mərkəzləşdirilmiş qaydada o müəssisələrdən dönərlər alınmalıdır. Bütün bunlar həll olunsa, zəhərlənmələr minimuma enər".

Lalə, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:281
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 26 Noyabr 2024 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri