Icma.az
close
up
RU
Arabadakı adam kimdir?

Arabadakı adam kimdir?

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Asif RÜSTƏMLİ
Filologiya elmləri doktoru, professor

Tanınmış yazıçı-publisist, pedaqoq-alim Zemfira Məhərrəmlinin tarixi Qələbəmizin 5 illiyi ərəfəsində mənə təqdim etdiyi "Arabadakı adam" romanını elə Zəfər bayramı günlərində birnəfəsə oxudum və düşüncələrə daldım. İlk baxışdan göz önündə fərqli assosiasiya yaradan "Araba" deyimi ilə, türkiyəli dostlarımızın anlamındakı dəbdəbəli minik avtomobili nəzərdə tutulmur. Və ya tələsən arabaçının sərt qırmacı altında yönü yoxuşa üz tutmuş, bacaqları gərilmiş öküzlərin dartdığı yük arabasına da işarə olunmur. 44 günlük Vətən müharibəsində sağ ayağının dizdən aşağı hissəsini itirmiş qazinin əlil arabasından söhbət gedir əslində. O hər gün dan üzü sökülməmiş bu araba ilə Xəzərin sahilinə, qırçın ləpələrin pıçıltılarının ziyarətinə gəlir, qəlbində qubarlanan saf arzularını mavi dənizin sirli-sehrli sularına söyləməyə, niyyətinin, arzusunun mehrabına, səcdəgahına tələsir...

Arabadakı adam əsərdə epizodik planda verilir... və süjet bütövlükdə Seymurun təhkiyəsi ilə təqdim olunur. Maraqlıdır ki, bu epizod romanda simvollaşır, problemlərin koduna çevrilir və "Arabadakı adam" mənəvi zənginliyi, idrakı, məntiqli mühakimələri ilə baş qəhrəman qatına qədər yüksəlir.

Seymur uzaq dağ kəndindən baş götürüb şəhərə gəlib, bağçılıq üzrə alitəhsilli mütəxəssis, ləyaqətli gəncdir. Bacısı Ləmanın namus üstündə bir şərəfsizi qətlə yetirib həbsxanaya düşməsi, Seymurun yaranmış dedi-qodulardan yaxa qurtarması üçün şəhərə üz tutması, burada sosial-məişət problemlərinin girdabında çabalaması, təsadüfən dəniz sahilində "Arabadakı adam"a - Kənana rast gəlməsi və bununla da dan yerinin üfüqündən süzülən qızılı şüaların hər iki gəncin səhərinə, bəxtinə, taleyinə yayılması insanda haqqa, ədalətə, gələcəyə, mənəvi saflığa inamı daha da artırır.

Yazıçı Zemfira Məhərrəmli "Arabadakı adam"ı - Qarabağ qazisi olan Kənanı dünyagörüşlü, əxlaqlı, xeyirxah, cəsur, Vətən və namus uğrunda mərd mübariz, qəhrəman kimi təqdim edir. 

Ləman isə dil-ədəbiyyat müəllimidir, şagirdlərini "ilk növbədə gözəl düşünməyə" çağırır, gözəlliyi duymağa, dəyərləndirməyə sövq edir. O, nişanlandığı Səlimin onu aldadaraq uyuşdurucunun təsiri ilə namusuna təcavüz etməsini, sonra isə başqası ilə evlənmək istəməsini xəyanətkara bağışlamır. On il qadın həbsxanasında xalça toxumaqla nüfuz qazanır, aldığı cüzi əmək haqqını kənddə tək-tənha yaşayan, intizar içində gözləri yollarda qalmış anasına göndərir... 

Haşiyə: Bir neçə il bundan öncə qadın cəzaçəkmə müəssisəsində keçirilən tədbirə dəvət almışdım. Rəhbərliyin təklifi ilə xalçaçılıq və bilgisayar kurslarını bitirmiş gənc xanımlardan birinə ? namus üstündə həbs olunan Lamiyə adlı məhbusa diplom təqdim etmişdim. Tədbirdən sonra məhbus qadınların xalça sexində iş prosesini izləmiş, orada hazırlanmış, üzərində "Kəbə və dörd minarəli məscid" təsviri olan kiçik ölçülü bir xalça mənə hədiyyə olunmuşdu. Həmin xalçanı indi də yadigar olaraq saxlayıram. Romandakı Ləmanın prototipi bəlkə də qadın həbsxanasında mənim mükafatlandırdığım Lamiyənin özü imiş?!

Kənan Seymurla söhbətində Ləmanın başına gələn hadisəyə münasibətini qəzəblə belə bildirir: " ? Oğullar gedir davaya. Torpaq uğrunda canlarını qurban verirlər. Amma şərəfsizlər davadan yayınırlar. Hələ bu azmış kimi, ismətli qızlarımızın namusuna əl atırlar"...

Kənanın düşüncələrində Vətən namusu ilə qadınların, ana-bacılarımızın namusu eyniləşir, müqəddəs sayılır. Hər ikisinə eyni dərəcədə həssas münasibət göstərməyin, onları qorumağın qeyrətli insanların borcu hesab edilməsi yazıçının missiyası, bu mövzuya doğru yanaşmasıdır. 

Romanda Kənanın Seymura üz tutaraq: "Ləman onun ismətinə ləkə gətirən bir əclafı öldürüb, düşüb türməyə. Bu işdə sənin başını aşağı edəcək heç nə yoxdur", - deməsi də içdən sınmış və sıxıntı içində qıvrılan Seymura əvəzsiz təsəllidir. Həm də Vətəni işğalçılardan azad edən mərd və mübariz bir qazinin müharibənin odunda-alovunda bərkimiş məntiqli təsəllisidir. 

Əminliklə demək olar ki, yazıçı Zemfira Məhərrəmli "Arabadakı adam"ın ? Kənanın timsalında ana həsrəti çəkən, vətən, torpaq qədri bilən, insanlara xoş, xeyirxah münasibət bəsləyən, müharibənin məşəqqətlərindən keçən, vüqarını əyilməyə qoymayan, mənliyini, şərəfini, ləyaqətini uca tutan, nümunəvi, qəhrəman qazi obrazını məharətlə, məhəbbətlə yaratmışdır.

Müəllif Zəfərdən öncəki və sonrakı dövrdə insanların taleyində, ömür yolunda baş verən hadisələr, təcavüzə qarşı qisas hissi, mübarizə əzmini məharətlə incələyir, həmin dönəmi dolğun təsvir edir. Yüksək mənəviyyatın, vətənpərvərlik və millətsevərlik ruhunun daşıyıcısı olan Kənan işğalçı erməni faşizminə qarşı döyüşdə bir ayağını itirməsinə görə peşman deyil. O, namusuna hiylə və məkrlə təcavüz edən əyyaş, harınlamış Səlimi qətlə yetirdiyi üçün Ləmanın "türmə"yə düşməsini də anlayışla qarşılayır.

Yazıçı Zemfira Məhərrəmli əsərin ruhuna uyğun gələn, müəllifə məxsus  aforizmlərdən yerli-yerində istifadə etməyi bacarmışdır: "İnsanlar səni tanımasa, bundan narahat olma, sən insanları tanımadığın üçün narahat ol (səh. 81)", "İnsan sevdiyinə güvənər, yoxsa güvəndiyini sevər? (s. 83)",  "Ox yalnız geri çəkilərək atılanda yaydan çıxır və hədəfə dəyir (s.84)" və s.

Əsərdə verilmiş bu və ya digər müdrik kəlamlar və deyimlər oxucuları düşündürməyə, onların seçim qarşısında diqqətli olmağa, mühüm məsələlərdə məsuliyyət hissini dərk etməyə hədəflənmişdir.

Yazıçı dünyanın taleyini düşünür, öz hissiyyatı, duyğusallığı, öncəgörümü ilə planetin gələcəyindən narahatdır. Yeri kainatın ən gözəl planeti adlandırır. Qanlı münaqişələrin, bitib-tükənməyən savaşların, ən müasir və eyni zamanda dağıdıcı silahların mədəniyyəti, bütövlükdə sivilizasiyanı kor qoymasından nigarandır: "Yüz ildən sonra dünya necə olacaq? İnsanlar necə yaşayacaq? Günəş indiki kimi dənizdən nazlana-nazlana çıxa biləcəkmi?" Müəllifin oxucusuna ünvanladığı bu suallar ritorik olsa da, düşündürücüdür, həyəcan siqnalıdır. Əsər bəşəriyyəti sabahımız, gələcəyimiz naminə birliyə, yaşıl planetimizi qorumağa səsləyir.

Azərbaycan insanının, cəmiyyətinin son on illik mübarizəsindən, fərdlərarası münasibətlərindən, yaşam tərzindən, gələcəyə hesablanmış arzularından bəhs edən "Arabadakı adam" romanı Zemfira Məhərrəmlinin sayca 20-ci kitabıdır. Əsər ideya-bədii məziyyətlərinə və dil-üslub xüsusiyyətlərinə görə təqdir və təbliğ olunmağa layiqdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://525.az
archiveBu xəbər 12 İyun 2026 17:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri