Aralıq dənizində Rusiya gəmisi batıb Suriyadan hərbi yük daşıdığı güman edilir AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
Rusiyanın “Ursa Mayor” adlı böyük yük gəmisi Aralıq dənizində İspaniyanın Aguilas şəhəri ilə Əlcəzair arasındakı sularda batıb.
“AzPolitika” xəbər verir ki, İspaniya mediasının yazdığına görə, gəmidə olan 16 dənizçidən 14-ü Kartagena limanına aparılıb. Daha iki nəfər itkin düşüb.
Xəbərdə deyilir ki, dekabrın 23-də saat 12:30-da gəminin mühərriklərində partlayış baş verib. Ərazidəki Rusiya hərbi gəmisi və İspaniya Hərbi Dəniz Qüvvələrinin patrul gəmisi xilasetmə işlərinə qoşulub.
Rəsmi olaraq bu yük gəmisi Sankt-Peterburqdan Vladivostoka gedirmiş və 22 yanvar 2025-ci ildə oraya çatmalı idi. Gəmidə rəsmən hər birinin çəkisi 380 ton olan liman kranları olmalı imiş.
Bununla belə, “Mediazona” OSINT analitiklərinə istinadla yazır ki, üç böyük hərbi desant gəmisinin müşayiəti ilə Aralıq dənizinə daxil olan “Sparta” və “Ursa Mayor” yükdaşıyıcıları uzun müddət Suriyadan hərbi yük və qoşunları daşıyıb. Ekspertlərin fikrincə, buradakı beş gəminin hamısı Rusiyanın Tartus və Xmeymimdəki hərbi bazalarının boşaldılması üçün nəzərdə tutulub.
”AzPolitika.info”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 24 Dekabr 2024 10:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















