Icma.az
close
up
RU
Aran filialında Açıq Qapı ədəbiyyatsevərləri bir araya gətirdi

Aran filialında Açıq Qapı ədəbiyyatsevərləri bir araya gətirdi

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

18 may tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialında ənənəvi olaraq “Ədəbiyyatımız milli-mənəvi dəyərimizdir” devizi altında növbəti "Açıq qapı" keçirilmişdir. 

525.az xəbər verir ki, insanların asudə vaxtının səmərəli təşkili, onların Azərbaycanın zəngin mədəni irsi ilə yaxından tanış olmalarının təmin edilməsi məqsədilə hər il olduğu kimi, bu il də keçirilən “Açıq qapı” tədbiri rayon ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb. Gün ərzində rayonun idarə və təşkilatlarından, mədəni-maarif müəssisələrindən, təhsil ocaqlarından və ədəbiyyatsevərlərdən ibarət çoxsaylı ziyarətçilər muzeyə baş çəkmişlər.

Ziyarətçilər muzeydə nümayiş etdirilən ekspozisiyalarla yaxından tanış olmuş, muzeyin əməkdaşları tərəfindən qonaqlara klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, onların həyat və yaradıcılığı haqqında  geniş və dolğun məlumatlar verilmişdir. Ekskursiyalar zamanı ünvanlanan suallar ətraflı cavablandırılmış, maraqlı müzakirələr aparılmışdır.

"Açıq Qapı" tədbirində ziyarətçilərlə aparılan maarifləndirici söhbətlər muzeylərin gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasında, ədəbiyyata marağın artırılmasında mühüm rol oynadığını bir daha nümayiş etdirmişdir.

“Açıq qapı” tədbirində Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli də iştirak etmişdir. O, muzeyi ziyarət edərək ekspozisiyalarla yaxından tanış olmuş, muzeyin fəaliyyəti və burada Azərbaycan klassik ədəbiyyatı və mədəniyyətinin təbliği məqsədi ilə həyata keçirilən maarifləndirici tədbirləri yüksək qiymətləndirmişdir.

Regionun yetirmələri olan məşhur elm, mədəniyyət və ədəbiyyat xadimlərinin əsərlərin ibarət olan sərgi ziyarətçilərin diqqətini cəlb eləmişdir. Tədbirdə Muzeyin nəzdində fəaliyyət göstərən Aran Ədəbi Birliyinin üzvləri də  öz kitabların təqdim etmiş, onlar üçün təşkil olunmuş  musiqili-ədəbi məclisdə yeni şeirlərini səsləndirmişlər.

Tədbirin bədii hissəsi də ziyarətçilər tərəfindən maraqla qarşılanmışdır. Məktəblilər Nizami Gəncəvinin, Məhəmməd Füzulinin, Xaqani Şirvaninin və İmadəddin Nəsiminin, Mirzə Ələkbər Sabirin, Hüseyn Cavidin, Səməd Vurğunun şeirlərindən nümunələr səsləndirmiş, ədəbiyyatımıza olan maraq və sevgilərini nümayiş etdirmişlər. Onların dahi bəstəkar Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" əsərindən təqdim etdikləri səhnəcik iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanmışdır. Səhnəcik tədbirə xüsusi rəng qataraq qonaqlarda xoş təəssürat yaratmışdır.

Sonda muzeyi ziyarət edən qonaqlar Beynəlxalq Muzeylər Günü münasibətilə muzey əməkdaşlarını təbrik edərək, rəy və təkliflər kitabına ürək sözlərini yazmış, muzeyin fəaliyyətini yüksək qiymətləndirmiş, ekspozisiya ilə tanışlıqdan məmnun qaldıqlarını bildirmişlər. Onlar belə tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayaraq, muzey kollektivinə gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.

Qeyd edək ki, Ədəbiyyat Muzeyində keçirilən Açıq Qapı Günü milli-mədəni irsimizin təbliği, cəmiyyətin ədəbiyyata marağının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Muzeyin əməkdaşları gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın mədəni irsi, eləcə də klassik ədəbiyyatımız barədə ətraflı məlumat vermiş, onları müxtəlif mədəniyyət nümunələri, rəsm və heykəltaraşlıq əsərləri ilə yaxından tanış etmişlər. Ziyarətçiləri, xüsusilə məktəbliləri maraqlandıran suallar muzey əməkdaşları tərəfindən cavablandırıldı və onlar böyük həvəslə muzeydə xatirə şəkilləri çəkdirdilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 18 May 2026 19:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see523

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see476

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see369

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see317

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see257

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see253

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see235

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see234

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see231

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see224

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see221

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see218

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see208

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see201

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see199

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see193

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see188

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see183

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri