Icma.az
close
up
RU
Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 26 aprel, AZƏRTAC

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında “Açıq qapı” günü keçirilib. Tədbir Filialda təhsil sahəsində açıqlıq və şəffaflığın təmin olunmasına yönəlmiş sistemli fəaliyyətin ayrılmaz tərkib hissəsi kimi təşkil olunub və fundamental ali təhsil almağa maraq göstərən abituriyentlər üçün nəzərdə tutulub. Bu, dünyanın aparıcı universitetlərindən birinin tədris və elmi mühiti ilə yaxından tanış olmaq, həmçinin bakalavriat və magistratura səviyyələrinə qəbul prosesi barədə ətraflı və dolğun məlumat əldə etmək imkanı yaradan rəsmi tədbirdir.

AZƏRTAC xəbər verir ki, Bakı filialının Xocəsən qəsəbəsində (Universitet küçəsi 1) yerləşən kampusunda keçirilən “Açıq qapı” günündə paytaxt məktəblərindən çoxsaylı şagirdlər iştirak ediblər.

Tədbirdə MDU-nun Mexanika-riyaziyyat fakültəsinin Diferensial həndəsə və tətbiqləri kafedrasının dosenti, MDU-nun Bakı filialının qəbul komissiyasının məsul katibi fizika-riyaziyyat elmləri namizədi Denis İlyutko çıxış edərək vurğulayıb ki, MDU-nun Bakı filialı sadəcə təhsil müəssisəsi deyil, bu, Azərbaycan ilə Rusiya arasında elm və təhsil arasında dostluq əlaqələrinin əyani təcəssümüdür. Qeyd olunub ki, Filial 2008-ci ildə Rusiya və Azərbaycan prezidentlərinin birgə təşəbbüsü ilə yaradılıb. Üç fakültə (tətbiqi riyaziyyat, kimya və filologiya) ilə fəaliyyətə başlayan filialda 18 ildə fakültələrin sayı iki dəfə artıb, yəni sonralar Psixologiya, İqtisadiyyat və Fizika fakültələri də yaradılıb. Bu illər ərzində filialdan məzun olanlar Azərbaycanda, Rusiyada və digər ölkələrdə fəaliyyət göstərirlər. Bütün bu uğurlar M.V.Lomonosov adına MDU-nun rektoru akademik Viktor Sadovniçinin, Bakı filialının rektoru akademik Nərgiz Paşayevanın və bu Filialın direktoru professor Yuri Sadovniçinin müdrik rəhbərliyi sayəsindədir.

Diqqətə çatdırılıb ki, 2012-ci ildən etibarən Bakı filialında tədris Xocəsəndə yerləşən mükəmməl kampusda aparılır. Burada tələbələrin təhsili və istirahəti üçün hər cür şərait yaradılıb.

Daha sonra Denis İlyutko “Açıq qapı” günündə iştirak edən professor-müəllim heyətini təqdim edib və tədbir iştirakçılarını Filiala qəbul qaydaları ilə tanış edib. O bildirib ki, yeni tədris ili üçün MDU-nun Bakı filialında Filologiya, Tətbiqi riyaziyyat, Kimya, Psixologiya, İqtisadiyyat, Fizika fakültələri üzrə qəbul aparılır. Filologiya fakültəsində hazırlıq istiqaməti “Rus dili və ədəbiyyatı”, “Müasir Qərbi Avropa dilləri və ədəbiyyatı (fransız və ispan bölmələri)” üzrə həyata keçirilir. Tətbiqi riyaziyyat fakültəsinə qəbul “Riyaziyyat və kompüter elmləri” istiqaməti üzrə aparılır. Kimya, Psixologiya, İqtisadiyyat, Fizika fakültələrinə qəbul isə müvafiq olaraq kimya, psixologiya, iqtisadiyyat, fizika istiqamətləri üzrə aparılır.

Filialın daxili imtahanlarından əvvəl abituriyentlər və bakalavrlar müsahibəyə dəvət olunurlar. Müsahibədən keçməyənlər daxili qəbul imtahanlarına buraxılmırlar.

Bakalavriata qəbul zamanı abituriyentlərin DİM tərəfindən keçirilən qəbul imtahanlarının birinci (yaz) cəhdində topladıqları ballar nəzərə alınacaq.

Bildirilib ki, Azərbaycan Respublikasının büdcə vəsaiti hesabına əvvəllər bakalavriat səviyyəsində təhsil almamış Azərbaycan vətəndaşları və Azərbaycanda daim yaşayan və Azərbaycan Respublikasının büdcə vəsaiti hesabına əvvəllər bakalavriat səviyyəsində təhsil almamış əcnəbilər üçün təhsil forması ödənişsizdir. Bu şəxslər yalnız dövlət sifarişi üzrə ayrılmış yerlərə iddia edə bilərlər və qəbul planına müvafiq olaraq, Filial tərəfindən keçirilən qəbul imtahanlarında toplanmış balların cəmi əsasında həmin yerlər üzrə ümumi müsabiqədə iştirak edə bilərlər. Filialın bakalavriat səviyyəsinə qəbul olmağı arzu edənlər Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə keçirilən imtahanın birinci cəhdində istənilən ixtisas qrupu (I-IV) üzrə mümkün 400 baldan azı 250 və ya daha çox bal toplamalıdırlar.

Azərbaycan Respublikasının büdcəsi hesabına bakalavriat səviyyəsində təhsil almış Azərbaycan vətəndaşları, Azərbaycanda daim yaşayan və Azərbaycan Respublikasının büdcə vəsaiti hesabına əvvəllər bakalavriat səviyyəsində təhsil almış əcnəbilər, həmçinin vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikasında daimi yaşayış yeri olmayan əcnəbilər üçün təhsil ödənişlidir. Bu şəxslər yalnız ödənişli yerlərə iddia edə bilər və qəbul planına müvafiq olaraq, Filialın keçirdiyi qəbul imtahanlarında toplanmış balların cəmi əsasında həmin yerlər üzrə ümumi müsabiqədə iştirak edə bilərlər. Filialdakı müsahibədən keçdikdən sonra onlar DİM-in keçirdiyi imtahanlarda iştirak etmədən Filialın qəbul imtahanlarına buraxılırlar.

Ərizələri yalnız bir fakültəyə vermək olar. Ərizə forması https://msu.az saytında və ya DİM-in saytında (http://dim.gov.az) doldurula bilər. Sualı olanlar [email protected] ünvanına və Qəbul komissiyasına [email protected] yaza bilərlər.

Diqqətə çatdırılıb ki, MDU-nun Bakı filialında magistraturaya da qəbul bütün fakültələr üzrə aparılır. Filialda magistraturaya qəbul olmaq üçün əvvəlcə DİM tərəfindən keçirilən imtahanda iştirak etmək lazımdır. Bu zaman DİM-in magistratura səviyyəsinə qəbul imtahanında azı 55 bal toplamaq tələb olunur. Azərbaycan Respublikasında büdcə hesabına magistratura təhsili almış vətəndaşlar istisna edilməklə, respublika vətəndaşları üçün magistratura təhsili pulsuzdur. Həmçinin əvvəllər büdcə hesabına magistratura təhsili almamış və Azərbaycanda daimi yaşayan əcnəbilər üçün təhsil ödənişsizdir.

Daha sonra MDU-nun Mexanika-riyaziyyat fakültəsinin Diferensial tənliklər kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru, professor Qriqori Çeçkin, MDU-nun Fizika fakültəsinin Ümumi fizika kafedrasının professoru, MDU-nun Bakı filialının Fizika fakültəsində tədris-elmi işlərin koordinasiyasına məsul şəxs, fizika-riyaziyyat elmləri doktoru, professor Aleksandr Saletski, MDU-nun Filologiya fakültəsinin İbero-roman dilçiliyi kafedrasının dosenti, filologiya elmləri namizədi Marina Snetkova, MDU-nun Kimya fakültəsinin Kimyəvi enzimologiya kafedrasının professoru, kimya elmləri doktoru, professor İvan Saxarov, MDU-nun İqtisadiyyat fakültəsinin inkişaf üzrə dekan müavini Sergey Truxaçev, MDU-nun Psixologiya fakültəsinin Ümumi psixologiya kafedrasının kiçik elmi işçisi, MDU-nun Bakı filialının Psixologiya fakültəsində tədris-elmi işlərin koordinasiyasına məsul şəxs Mariya Semyonova çıxış ediblər.

Çıxış edənlər fakültələrdə tədris olunan ixtisaslar, tədris prosesinin təşkili, elmi-tədqiqat fəaliyyəti və akademik mühit barədə məlumat veriblər. Vurğulanıb ki, Filialda təhsil prosesi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tədris plan və proqramlarına uyğun şəkildə həyata keçirilir. Tədris əyani formada, rus dilində aparılır. Məzunlara bakalavr və magistr dərəcələri verilir və onlara M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin diplomu təqdim olunur.

Tədbir iştirakçıları, həmçinin Filialın abituriyentlərlə iş üzrə layihələri, o cümlədən Bazar günü məktəbi, Gənc psixoloq məktəbi, Gənc iqtisadçı və menecer məktəbi barədə məlumatlandırılıb.

Daha sonra Filialın professor-müəllim heyəti iştirakçıların təhsil proqramlarının məzmunu, qəbul imtahanları, eləcə də gələcək akademik və peşəkar inkişaf imkanları ilə bağlı suallarına ətraflı cavab veriblər.

“Açıq qapı” günündə abituriyentlər M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin professor-müəllim heyəti və Filialın müəllimləri ilə birbaşa ünsiyyət qurmaq imkanı qazanıblar.

Tədbir çərçivəsində iştirakçılara məlumatlandırıcı və metodiki materiallar təqdim olunub, eyni zamanda, tədris auditoriyalarına, elmi laboratoriyalara, kitabxanaya, linqafon kabinetinə və digər infrastruktur obyektlərinə ekskursiya təşkil edilib.

Qeyd edək ki, “Açıq qapı” gününün iştirakçıları üçün “Elmlər Akademiyası” metrostansiyası yaxınlığından Filialın Xocasəndəki korpusuna nəqliyyat (transfer) təşkil olunub.

Müxbir – Gözəl Ağayeva

Fotoqraf – Tofiq Babayev

Videooperator – Ələkbər Baxşəliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Aprel 2026 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri