Aranda yağış, dağlarda qar...
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-17, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunu, nisbi rütubət isə 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam qərb rayonlarında yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-17, gündüz 19-24, dağlarda gecə 5-9, gündüz 10-15 dərəcə isti olacaq.
Q.ƏLİYEV
XQ
Baxış sayı:104
Bu xəbər 23 Oktyabr 2026 01:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















