Arauxo: “Gücümüz var, geridönüşə inanırıq”
futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Barselona”nın futbolçusu Ronald Arauxo Çempionlar Liqasında “Atletiko”ya uduzduqları oyunu şərh edib.
Futbolpress.az UEFA-ya istinadən xəbər verir ki, müdafiəçi 0:2 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Məğlub olmaq istəməzdik. Geri düşəndən sonra çox çalışdıq, amma alınmadı. Azlıqda oynamağımıza baxmayaraq, “Atletiko”dan üstün idik. Topa nəzarət edir, şanslar yaradırdıq. Məğlubiyyətə görə məyusuq, ancaq düşünürəm ki, vəziyyəti dəyişə bilərik.
Biz “Barselona”yıq və geridönüş edə bilərik. Dəfələrlə bunu göstərmişik. Cavab oyunu rəqib meydançasında olacaq. Asan deyil, amma gücümüz var, geridönüşə inanırıq.”
Komandalar arasındakı cavab oyunu aprelin 14-də olacaq.
Baxış sayı:117
Bu xəbər 09 Aprel 2026 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















