Icma.az
close
up
RU
“Araz” Marketin ENDİRİM OYUNU Müştərilər belə ALDADILIR

“Araz” Marketin ENDİRİM OYUNU Müştərilər belə ALDADILIR

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkənin ən geniş mağazalar şəbəkələrindən biri olan “Araz Market”də illərdir davam edən və artıq xroniki xarakter alan “qiymət oyunu” yenidən gündəmdədir. İstehlakçıların haqlı narazılığına səbəb olan növbəti hadisə, vitrində cəlbedici endirim və ucuz qiymətlə təqdim olunan məhsulların kassa önündə qəfil “bahalaşması” ilə bağlıdır.

Belə ki, rəfdə üzərinə endirimə düşdüksən sonra 0.99 AZN yazılmış “Meçta xozayki” mayonezi kassada müştəriyə tam fərqli, özünün endirimsiz qiymətinə, yəni 1.69 AZN-ə satılması cəhdi ifşa olunub. Bu, sadə bir koordinasiya çatışmazlığı deyil; bu, hər gün minlərlə alıcının qəbzini yoxlamadan mağazanı tərk etdiyi bir sistemdə, səssizcə yığılan böyük və qanunsuz qazancın göstəricisidir.

Bir market şəbəkəsi üçün müştəri etibarı ən böyük kapital olmalıdır, lakin görünən odur ki, “Araz Market” üçün bir neçə qəpiklik kassa fərqi bu etibardan daha üstündür. Alıcının diqqəti sayəsində ortaya çıxan bu mənzərə, pərakəndə satış sektorunda dürüstlük prinsiplərinin necə ayaqlar altına atıldığını bir daha sübut edir.

Məsələni şərh edən hüquqşünas Natiq Ələsgərov bildirib ki, bu cür hallar birbaşa istehlakçıların hüquqlarının pozulmasıdır və qanunvericiliklə ciddi məsuliyyət yaradır. Ekspert qeyd edib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, satıcı malın qiyməti barədə düzgün məlumat verməyə borcludur. Əgər rəfdəki qiymət kassadakı qiymətdən fərqlidirsə, bu, alıcını aldatmaq hesab olunur və müştəri malı məhz rəfdə gördüyü aşağı qiymətə tələb etmək hüququna malikdir. Market rəhbərliyinin “qiymətlər yenilənməyib” bəhanəsi hüquqi baxımdan əsassızdır və inzibati xəta tərkibi yaradır.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov da açıqlama verib. O bildirib ki, bu, Azərbaycanın pərakəndə satış sektorunda, xüsusən də “Araz Market” şəbəkələrində ən çox rast gəlinən mənfi hallardan biridir: “Bizə hər gün bu şəbəkə ilə bağlı onlarla şikayət daxil olur. Bu, açıq-aşkar istehlakçının cibinə girməkdir. Qanun deyir ki, rəfdəki qiymət ictimai ofertadır. Yəni market o qiyməti yazmaqla alıcıya həmin məbləğdə satmaq öhdəliyi götürür. Kassada fərqli qiymət çıxırsa, market dərhal fərqi müştəriyə qaytarmalıdır. Lakin çox vaxt işçilər müştəri ilə mübahisə edir, malı geri almağa çalışırlar. İstehlakçılara çağırış edirəm: belə hallarda geri çəkilməyin, malı rəfdəki qiymətə tələb edin və mütləq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi qaydada müraciət edin. Cərimələr ağırlaşdırılmasa, bu özbaşınalığın sonu gəlməyəcək.”/no.comment

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 15 Mart 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri