“Araz Naxçıvan” braziliyalı futbolçu ilə yollarını ayırıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 12 may, AZƏRTAC
“Araz-Naxçıvan” futbolçusu Vanderson Melo ilə yollarını ayırıb.
Klubdan AZƏRTAC-a bildirilib ki, oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
2023-2024-cü illər mövsümündən “qırmızı-ağlar”ın heyətində çıxış edən braziliyalı yarımmüdafiəçi Naxçıvan təmsilçisinin rəsmi saytına açıqlamasında komandada 3 maraqlı mövsüm keçirdiyini söyləyib: “Uğurlu nəticələrimiz də, təəssüfləndiyimiz oyunlar da oldu. Komanda ötən mövsüm tarixində ilk dəfə üçüncü yeri tutdu və avrokuboklarda oynamaq hüququ qazandı. UEFA Konfrans Liqasında “Aris” kimi güclü rəqibi üstələdik və mərhələ adladıq. Cari mövsümlə bağlı isə ancaq təəssüflənmək olar. Çünki qarşıya qoyulan məqsədə çata bilmədik. Ümid edirəm ki, növbəti mövsüm “Araz-Naxçıvan” daha yaxşı çıxış edər və uğur qazanar”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:190
Bu xəbər 12 May 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















