Icma.az
close
up
RU
Araz Naxçıvan finalın qapısını araladı

Araz Naxçıvan finalın qapısını araladı

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

yarımfinal, ilk oyun
Araz-Naxçıvan - Qarabağ (Ağdam) 1:0 (1:0)

Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 7. Ülvi İsgəndərov (2. Slavik Alxasov, 71), 26. Ömər Buludov, 29. Vanderson Melo, 17. İssuf Paro (16. Ramon Maçado, 53), 23. Nuno Rodriges (10. Bernardo Dias, 46), 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos (6. Vadim Abdullayev, 83).
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov.
Baş məşqçi: Elmar Baxşıyev.
Qarabağ: 97. Fabian Buntiç, 24. Aleksey İsayev (9. Kadi Borges, 61), 13. Bəhlul Mustafazadə (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı (90. Nəriman Axundzadə, 74), 29. Marko Veşoviç (15. Leandro Andrade, 61), 7. Yassin Benzya, 8. Marko Yankoviç, 2. Mateus Silva, 21. Aleksey Kaşuk (44. Elvin Cəfərquliyev, 61), 11. Emmanuel Addai (10. Abdulla Zubir, 61).
Ehtiyat oyunçular: 99. Mateuş Koxalski, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Qol: F.Santos, 28-p.
Vərəqələr: M.Veşoviç, 36 (hakimin qərarına etiraz). V.Melo, 45+2 (qeyri-idman hərəkəti). B.Dias, 58 (oyunun bərpasının ləngidilməsi). L.Andrade, 76 (qeyri-idman hərəkəti). U.Abbasov, 84 (qeyri-idman hərəkəti). İ.Ribeyro, 86 (oyunun bərpasının ləngidilməsi). K.Borges, 90+4 (hakimin qərarına etiraz) - sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi Eyyub İbrahimov (Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
2 aprel. Bakı. "Liv Bona Dea Arena". 600 tamaşaçı.
Birinci hissəyə 3, ikinci hissəyə 6 dəqiqə əlavə olunub.
Əlbəttə, ölkə kubokunu başı üzərində qaldırmaq Azərbaycan futbolu səviyyəsində yetərincə ciddi uğurdu. Bu üzdən ötən mövsüm "qızıl dubl"a imza atan "Qarabağ" həmin sevinci növbəti dəfə yaşamaq arzusundan vaz keçə bilməz. Lakin bu titulun "Araz-Naxçıvan" üçün daha önəmli olduğuna şübhə yoxdu. Ona görə ki, Muxtar Respublika təmsilçisi tarixində ilk dəfə həm kuboka yiyələnə, həm də avrokuboklara yollana bilər. Belədə ilk matçda sərfəli nəticə qazanmağın nə dərəcədə vacib olduğunu anlamaq çətin deyil. Bəs, Elmar Baxşıyev Ramon Maçado və Alan Dias kimi aparıcı oyunçularını niyə start heyətində meydana buraxmadı? Bu, hələ ki, sirrdi...
Hər halda, "qırmızı-ağlar" lazım olan qələbəni qazandı. Baxmayaraq ki, “Qarabağ” oyuna daha fəal başladı. Qonaqlar 7-ci dəqiqədə Musanın uzaqdan ötürdüyü topu qəbul edən Kaşuk sayəsində fərqlənə bilərdi. Lakin ukraynalı qeyri-dəqiq oynadı. Bir qədər sonra meydan sahiblərinin qol cəhdi uğursuzluqla nəticələndi. Ülvi oyun ərzində dəfələrlə təkrarlayacağı səhvə imza atdı: fürsəti boşa verdi.
24-cü dəqiqədə növbəti dəfə hücuma keçən "Araz-Naxçıvan" Benzya cərimə meydançası daxilində Paronu kobud müdaxiləylə yerə sərdiyinə görə penalti qazandı. Daha doğrusu, VAR-ın müdaxiləsiylə sonradan epizodu incələyən Elçin Məsiyev "nöqtə"ni göstərdi. Belədə topun arxasına keçən Santos komandasını hesabda önə çıxardı. Fərqi artırmağa çalışan "qırmızı-ağlar"ın növbəti hücum cəhdi də özünü çox gözlətmədi. 31-ci dəqiqədə Qara Yankoviçlə təkbətək mübarizədən qalib ayrıldı və topu Nunoya çatdırdı. Bəxtini sınamaq qərarına gələn portuqaliyalı uzaq məsafədən qol vurmaq eşqinə düşsə də, zərbəsi dəqiq olmadı.
Ardından Addainin hesabı bərabərləşdirmək istəyi gözündə qaldı. Onun yumşaq zərbəylə tora qovuşdurmaq istədiyi topu saxlamaq Avram üçün çətin olmadı. Birinci hissədə o qədər də yaxşı təsir bağışlamayan ağdamlılar ikinci yarıda da oyunun axarını öz xeyrinə dəyişə bilmədi. Qurban Qurbanovun hücum xəttini gücləndirmək cəhdi də fayda vermədi və qonaqlar məğlubiyyətlə barışmalı oldu.
İş orasındadı ki, 51-ci dəqiqədə Koxalski Ülvinin fərqlənmək cəhdinə mane olmasaydı, elə həmin Ülvinin bir qədər sonrakı zərbəsi dirəkdən qayıtmasaydı, "Qarabağ" cavab görüşü ərəfəsində daha çətin vəziyyətə düşəcəkdi. Ağdamlılar 2-ci hissədə yalnız bir real təhlükə yaratdı ki, onda da Avram Kadinin hesabı bərabərləşdirməsinə imkan vermədi. Nəticədə "Araz-Naxçıvan" cavab oyununa ən azı bir addım öndə çıxacaq.
Gözdən qaçmadı
* Qurban Qurbanov Elçin Məsiyevin penalti qərarına çox kəskin etiraz etdi. Təcrübəli mütəxəssis əvvəlcə dördüncü hakim Kamal Umudluya yaxınlaşaraq qərarın ədalətli olmadığını izah etməyə çalışdı. Ondan müsbət cavab ala bilməyən baş məşqçi texniki zonadakı yerinə qayıdarkən emosiyalarını cilovlaya bilmədi və əlində tutaraq epizodu incələdiyi planşeti təpiklə sındırdı.
* "Qarabağ Ordu", "İmarət Tafya" və nəhayət, "Sektor 85" fanklubları tribunada idi. "Qarabağ" azarkeşləri məğlub olan komandanı yanına çağırıb cavab oyununda mərhələ adlayacaqlarına inandıqlarını dedilər.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Aprel 2025 09:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1019

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see509

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see411

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see318

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see316

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see290

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see253

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see226

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see223

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see215

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see214

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see211

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see207

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see202

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see202

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see201

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see194

AZCON un “DP world” ilə birgə hədəfləri

10 Oktyabr 2026 11:37see186

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see180

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri