Icma.az
close
up
RU
Araz Naxçıvan ın legioneri: 3 qol vurub, 4 məhsuldar ötürmə vermişəm, pis göstəricidir? MÜSAHİBƏ

Araz Naxçıvan ın legioneri: 3 qol vurub, 4 məhsuldar ötürmə vermişəm, pis göstəricidir? MÜSAHİBƏ

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos Sportal.az saytına müsahibə verib.

- “Kəpəz"lə matçda qələbə qazanmağı bacardınız. Demək olar ki, rəqib sizin üçün təhlükə yarada bilmədi və çox da çətinlik çəkmədən qalib gəldiz?

Bütün oyunlar çətindir. Heç bir oyun qətiyyən asan deyil. “Kəpəz”ə qarşı görüşün də fərqi yox idi, o da çətin alındı. Biz bilirik ki, inkişaf etməliyik və qələbələr qazanmalıyıq. Meydana da bunun üçün çıxırıq, məşqlərdə də diam işləyirik.

- Bu matçda asistlə yadda qaldın. Öz performansından razı qaldın? Dörd tura 1 qol vurmusan. Yəqin ki, daha çox qol vuracağını ehtimal edirdin?

Əsas odur ki, komandaya kömək edirəm. Vacib olan budur. Bu mövsüm artıq 8 matçda 7 qolun vurulmasında iştirak etmişəm, 3 qol vurmuşam, 4 məhsuldar ötürməm var. Bu pis göstəricidir? Mən belə olduğunu düşünmürəm.

- "Araz-Naxçıvan" bu mövsüm 4 matçda 10 xal toplaya bilib. Bu mövsüm komanda çempionluq mübarizəsində yer ala bilər? 

Ötən mövsüm bizim nəyə qadir olduğumuzu hamı gördü. Komanda artırıb. Biz həqiqətən də daha yaxşı mövqe üçün mübarizə apara bilərik. Favorit olmadığımızı bilirik. Belə davam etsə, yaxşıdır. Biz hər gün işləyirik. Bilirik ki, zamanla daha çoxuna nail olacağıq. 

- Çempionluğa əsas favorit olan “Qarabağ" "Sumqayıt"a məğlub oldu, "Zirə" ilə heç-heçə oynadı. Onlar Çempionlar Liqasında da çıxış edəcək. Düşünmək olar ki, bu mövsüm çempionluq uğrunda mübarizə daha qızğın, daha fərqli olacaq?

Əlbəttə ki, mübarizə daha rəqabətli olacaq. Çünki komandalar çox güclənib. Ümid edirəm ki, bu mövsüm gərgin keçəcək və biz özümüz daha çoxunu əldə edəcəyik. 

- Avrokuboklarda iddialı "Araz-Naxçıvan" var idi. Artıq o oyunlardan müəyyən müddət keçib. Yəqin ki, "Omoniya" ilə matçlara yenidən baxmısan? Səncə, həmin komandaya niyə ağır məğlubiyyətlər qeydə alındı?

Bu futboldur. Biz “Aris”i məğlub etdik və hamı deyirdi ki, komandamız möhtəşəmdir. “Omoniya”ya uduzduq və eyni adamlar deyirdilər ki, biz yaxşı deyilik. Çempionata başladıq və hazırda liderik. Əsas odur ki, masaya baxmadan gündən-günə işləmək.

- "Araz-Naxçıvan" növbəti mövsüm avrokuboklarda daha təcrübəli olacaq. Belədə, avrokuboklarda daha uğurlu olmaq mümkündür?

İnanıram ki, “Araz-Naxçıvan” daha çox təcrübə qazanacaq. Kim qalıb oynamağa imkanı olsa, “Araz-Naxçıvan”ı layiqincə təmsil edəcək.

- Növbəti rəqibiniz "Qarabağ"dır. Onlarla görüş haqda fikrin necədir? Səncə, "Qarabağ"ı məğlub edə biləcəksiz?

“Qarabağ” əla rəqibdir. Bu qədər sadədədir. Onlarla görüşdə də əlimizdən gələni edəcəyik.

- “Qarabağ" sabah Portuqaliyada Çempionlar Liqasının 1-ci turunda "Benfika" ilə qarşılaşacaq. Səncə, "Qarabağ" "Benfika"dan xal ala bilər?

“Benfika” Portuqaliyanın əla komandalarından biridir. Futbolda hər şey ola bilər. Mən də oyunu izləyəcəm. Ümid edirəm “Qarabağ” Azərbaycanı layiqincə təmsil edəcək. Necə ki, bunu daim edir. 

Mirbağırağa
 

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://sportal.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see642

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see274

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see247

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see231

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see217

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see196

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see193

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see179

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see155

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see147

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see143

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see141

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see141

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see140

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri