Araz Naxçıvan ın legioneri: İki xal itirdiyimizi düşünürəm
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Karlos Jatoba Misli Premyer Liqasının 31-ci turunun “Turan-Tovuz”la oyunundan sonra (1:1) Sportal.az saytına açıqlama verib.
Braziliyalı futbolçu Tovuz təmsilçisi ilə görüşdəki heç-heçəni bu cür şərh edib:
"Turan Tovuz"a qarşı yaxşı oynadıq və qalib gəlməliydik. Doğma meydanda maksimum nəticə əldə etmək istəyirdik. İki xal itirdiyimizi düşünürəm. Rəqibin heyətində güclü futbolçular oynayır. Döyüşkən komandadır. Amma hər halda, daha çoxunu etməliydik. Lakin bu görüşü unudub, kubokun cavab görüşündəki "Qarabağ”la oyuna hazırlaşmalıyıq. İlk oyunda qalib gəlmişik. Amma biz finala çıxmaq istəyiriksə, ilk oyunun heç-heçə bitdiyini düşünməliyik. Sona qədər mübarizə aparacağıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 19 Aprel 2025 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















