Icma.az
close
up
RU
Araz Naxçıvan ın məşqçisi: Sponsor sonrakı mərhələdə maliyyəni artıra bilər

Araz Naxçıvan ın məşqçisi: Sponsor sonrakı mərhələdə maliyyəni artıra bilər

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək "Araz-Naxçıvan" hazırlığa start verib. Komanda gündəlik məşqlərlə bərabər heyətini də komplektləşdirməyə çalışır. Sport24.az xəbər verir ki, oktyabrın 27-dən 30-dək Polşada keçiriləcək oyunlara hazırlıqla bağlı ümumi vəziyyətlə"qırmızı-ağlar"ın məşqçisi Fərid Ələkbərov azfutzal.az-a müsahibə verib.

- "Araz-Naxçıvan"ın Çempionlar Liqasına hazırlığı necə gedir?
- Komanda bir neçə gündür hazırlığa başlayıb. Fiziki, parallel olaraq taktiki planda məşqlər keçirik. Çempion olan heyətdən çox az sayda futzalçı qalıb. Heyəti demək olar, yenidən qururuq.

- Heyətlə bağlı hansı dəyişikliklər edilib?
- Əsasən yerli futzalçılarla danışıqlar aparırıq. İstəyirik ki, "Araz-Naxçıvan"ı əvvəlki illərdə olduğu kimi, yenidən Azərbaycan millisinin bazasına çevirək. Transfer fəaliyyətimizi də bu istiqamətdə qurmuşuq. Artıq Kənan Manafov, Murad Quluzadə, Oktay Rüstəmli, Novruz Kazıxanov, Eldar Zeynalov və gənclər millisinin üzvü Rəvan Məşiyevlə anlaşmışıq. Adları sadalanan futzalçılar müxtəlif illərdə də klubumuzda çıxış edib. Emin Kürdov, Ədalət Ələkbərov da bizimlədir. Bir neçə futzalçı ilə də danışıqlar davam etdirilir. Baxışda olanlar da var.

- Bəs legioner futzalçı dəvət etməyi düşünürsüz?
- Heyətimizdə əcnəbilər də olacaq. Ancaq çox az sayda legioner transfer edəcəyik. Onların sayı maksimum 2-3 nəfər olacaq. Dediyim kimi, çalışacağıq ki, millinin üzvlərini komandamıza cəlb edək. Təbii ki, büdcənin də təsiri var. Az büdcə ilə çox iş görməyə çalışacağıq. İşləri düzgün qura bilsək, sponsor sonrakı mərhələdə maliyyəni artıra bilər. Əsas odur ki, "Araz-Naxçıvan" yaşayır, yaşayacaq.

- Hazırlıq müddətində oyunların keçirilməsi nəzərdə tutulubmu?
- Futzalçılarımızın əksəriyyəti millinin düşərgəsində olacaq. Çempionlar Liqasının oyunlarından əvvəl millinin Çexiya ilə matçı var. Bu bir növ komandamızın xeyrinə olacaq. Futzalçılarımız daha hazırlıqlı olacaqlar.

- Qrupdakı rəqibləri izləyirsiz?
- Əsas mərhələdə zəif komanda olmur. Kimin necə hazırlaşmasından çox şey asılıdır. Rəqiblərimiz kifayət qədər güclüdürlər. Meydan sahibi olacaq "Piast" tarixinin ən böyük büdcəsinə sahibdir və legionerlərlə gücləniblər. "Buba Mara"nın oyunlarını izləmişik, hazırlıqlı komandadır. "Uypest" də çətin, rəqabətli çempionatın qalibi olub. Üstəlik hər 3 ölkədə çempionat oyunları başlayıb. Bu isə komandaların yaxşı hazırlaşmasına, oyun təcrübəsi baxımından inkişaf etməsinə kömək edir. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. "Araz-Naxçıvan" hər zaman iddialı olub və yüksək yerlər uğrunda mübarizə aparıb. Bu gün reallıq bir qədər fərqlidir, ancaq əmin ola bilərsiniz ki, əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, uğur qazanaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://sport24.az
archiveBu xəbər 15 Sentyabr 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see379

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see352

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see340

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see300

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see284

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see266

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see254

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see253

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see250

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see234

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see233

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see233

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see223

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see220

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see218

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see201

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see200

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see198

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri