“Araz Naxçıvan”ın yeni baş məşqçisi: “Azərbaycanda çalışmaq mənim üçün çox maraqlıdır” MÜSAHİBƏ
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenko Ukrayna mətbuatına müsahibə verib və Azərbaycan klubuna təyinatını dəyərləndirib.
İdman.Biz xəbər verir ki, tərcübəli mütəxəssis çempionatımızda güclü komandaların olduğunu söyləyib.
“Mənim üçün bu, yeni çağırışdır. Azərbaycanda futbol sürətlə inkişaf edir. “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsinin iştirakçısıdır. Həmçinin “Sabah”, “Sumqayıt”, “Zirə”, “Neftçi” kimi güclü komandalar var. Burada işləmək üçün yaxşı perspektiv gördüm. Azərbaycanda çalışmaq mənə çox maraqlıdır. Qazaxıstanda oldum, hər şeyi gördüm, özümü göstərdim. İndi növbə Azərbaycandadır. Məşqçi üçün əsas işləməkdir ki, fasilə yaranmasın”, - deyə o müsahibəsində deyib.
49 yaşlı çalışdırıcı Qazaxıstan klubu “Jenıs”dan ayrılmasının səbəbini də açıqlayıb:
“Jenıs”la şifahi razılaşmamız var idi ki, əsas məqsəd düşmə zonasından çıxmaqdır. Müqavilə mövsümün sonuna qədər imzalanmışdı. Mövsüm başa çatdıqdan sonra klub müqaviləni uzada da bilərdi, xidmətlərimdən imtina edə də — bu, onların hüququ idi. Rəhbərlik başqa variantı seçdi. Bununla belə, komandanın və məşqçi heyətinin gördüyü işlə fəxr edirəm. “Jenıs” 14 oyunluq məğlubiyyətsiz seriya keçirdi və 6-cı pilləyə yüksəldi. Daha yaxşı nəticə də göstərə bilərdik, amma bəzi oyunlarda açıq-aşkar bəxtimiz gətirmədi”.
Qeyd edək ki, ukraynalı mütəxəssis bir neçə gün əvvəl “Araz-Naxçıvan”la 5 ay + 1 illik müqavilə imzalayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 08 Yanvar 2026 10:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















