Icma.az
close
up
RU
“Araz Naxçıvan”ın baş məşqçisi: Avrokuboklarda uğur qazanmaq üçün heyət gücləndirilməlidir MÜSAHİBƏ

“Araz Naxçıvan”ın baş məşqçisi: Avrokuboklarda uğur qazanmaq üçün heyət gücləndirilməlidir MÜSAHİBƏ

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 21 may, AZƏRTAC

Misli Premyer Liqasının 2024-2025-ci illər mövsümündə bürünc medalları təmin edən və növbəti il tarixində ilk dəfə Azərbaycanı avrokuboklarda təmsil edəcək “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev AZƏRTAC-ın sullarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- “Araz-Naxçıvan” tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandı. Bununla bağlı təəssüratlarınızı bilmək maraqlıdır…

- Əlbəttə, çəkdiyin əziyyətin bəhrəsini görmək, nəticəsini qeyd etmək ancaq sevinc doğurur. Biz də mövsümə uğur qazanmaq üçün başladıq, enişli-yoxuşlu yol qət etdik, yekunda vacib olan nəticəni qazandıq. Həm özümüz sevindik, həm də "Araz-Naxçıvan"ın azarkeşlərinə sevinc yaşatdıq.

- Uğurunuzun arxasında hansı amillər dayanır? Nəyin hesabına bu nəticəyə nail olduğunuzu düşünürsünüz?

- Təbii ki, bu uğurun qazanılmasında əsas amil sağlam kollektiv formalaşdıra bilməyimiz oldu. Yayda heyətə bizə kömək edəcək, komandaya xeyir verəcək futbolçular cəlb etdik. İntizama riayət etməklə və səbirlə işimizi gördük, oyunlarımızı keçirdik. Uğur heç də asan qazanılmadı. Futbolçularımız zədələndi, meydança problemi yaşadıq, ancaq bunların öhdəsindən komanda şəklində gəldik.

- Mövsüm ərzində hansı oyun və ya an sizin üçün həlledici oldu?

- Bütun oyunlar bizim üçün vacib idi. Çünki hər qələbəyə 3, heç-heçəyə 1 xal verilir. Çalışırdıq ki, qazana bilmədiyimiz oyunlarda heç-heçə edək. Yəni, matç başa çatanda qrafikimizə xal əlavə etməyə çalışdıq. Arxada qalan çempionatın 35 oyununun heç biri asan keçmədi. Hər birində futbolçular maksimum güc sərf etdilər. Ona görə də hansısa oyunu xüsusi seçmək istəməzdim.

- Komanda ilboyu müəyyən çətinliklərlə üzləşdi. Bunun öhdəsindən necə gəldiniz?

- Uğura gedən yolda çətinliklərlə qarşılaşmamaq mümkün deyil. Qələbəni necə kollektiv olaraq qeyd edir, sevinirdiksə, çətinliyi də səbirlə, bir-birimizə dəstək olmaqla dəf etdik. Komanda ruhu, intizamı bizi birləşdirdi. Buna görə futbolçularıma, həmin anlarda bizə dəstək olan rəhbərliyə təşəkkür edirəm.

- Bu mövsüm "Araz-Naxçıvan"ın oyun üslubunda nə kimi dəyişikliklər etdiniz?

- İncəlikləri sadalamaq istəmirəm. Bəlli bir oyun üslubumuz var və ona uyğun da heyət qurduq. Məşqlərdə futbolçulara nələri istədiyimizi aşıladıq və əksər matçlarda onlar bunu yerinə yetirdilər.

- Futbolçuların psixoloji hazırlığı və motivasiyası baxımından nələrə diqqət yetirdiniz?

- Yaxşı kollektivimiz var. Hər kəs öz işini vicdanla və peşəkar səviyyədə görürdü. Mövsümün gedişində ardıcıl zədələrlə üzləşdik, futbolçularımız cəzalı vəziyyətə düşdü. Ancaq uğur qazanacağımıza inanırdıq və bundan ruhlanırdıq. Ola bilər ki, qışdan sonra daha çox xal itirdik, amma qışa qədər də xalları bu komanda yığmışdı. Yəni, qarşıya yüksək yer tutmaq tapşırığı qoyulmuşdu, buna da nail olduq.

- Yəqin ki, avrokuboklar üçün heyət gücləndiriləcək. Hans mövqelərə transferlər olacaq?

- Hələ qarşıda bir oyunumuz var. Ondan sonra rəhbərliklə görüşümüz olacaq. Həm başa çatan mövsümlə bağlı hesabat verəcəyik, həm də yeni planlar ətrafında müzakirələr aparılacaq. Əksər futbolçuların, o cümlədən mənim də müqaviləm mayın sonunda başa çatacaq. Əvvəlcə bu suala aydınlıq gətirəcəyik ki, davam edirik, yoxsa rəhbərlik fərqli fikirdədir və sair. Əlbəttə, avrokuboklarda uğur qazanmaq üçün heyət mütləq gücləndirilməlidir. İlk növbədə, müqaviləsi başa çatan futbolçularla danışıqlar aparılmalıdır.

- Konfrans Liqasında hədəflər nələrdir? Hansı mərhələyə qədər irəliləməyi düşünürsünüz?

- Bu suala tam cavab verə bilməyəcəm. Dediyim kimi, hər şey rəhbərliklə görüşdən sonra məlum olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:105
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 May 2025 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri