Araz Nəsirov: Bəzi həkim və tibb bacıları TƏBİBin nə işi gördüyünü bilmir
Icma.az, Report.az saytına istinadən bildirir.
Bəzi həkim və tibb bacıları TƏBİB-in nə işi gördüyünü bilmir.
"Report" xəbər verir ki, bunu TƏBiB-in icraçı direktorunun müavini Araz Nəsirov media nümayəndələri üçün təşkil olunan tibbi savadlılıq təlimində səsləndirib.
Onun sözlərinə görə, hələ də bəzi tibb işçiləri TƏBİB-in nə işi gördüyünü, niyə fəaliyyət göstərdiyini bilmir:
"Bizlər səhiyyə sahəsində böyük əmək sərf edirik. Vətəndaşyönümlü səhiyyə sistemi qurmaq çox çətindir. Lakin bəzi tibb işçiləri bundan xəbərsizdir. Hansısa bir vətəndaşın TƏBİB-in fəaliyyətindən xəbərsiz olması anlaşılandır. Lakin tibb işçilərinin bunu bilməməsi qəbul edilən deyil".
Direktor müavini qeyd edib ki, vətəndaşları TƏBİB-in fəaliyyəti barədə məlumatlandırmaq çox vacibdir:
"Ölkədə hələ də bəzi insanlar özəl xəstəxanalara külli miqdarda pul ödəyərək müalicə olunur, əməliyyatlar etdirir. Buna görə də əhali arasında maarifləndirmə tədbirləri çox önəm daşıyır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 28 Dekabr 2024 14:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















