Araz Nəsirov: Azərbaycanda yeni reabilitasiya mərkəzi açılacaq
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Ölkədə fəaliyyət göstərən xəstəxanaların sayının artırılması planlaşdırılır".
Oxu.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Araz Nəsirov "Sağlamlıq Turizmi Konfransı 2025: Rifah və Tibbi turizmin gələcək istiqamətləri" adlı beynəlxalq konfransda çıxışı zamanı qeyd edib
O bildirib ki, bu gün icbari tibbi sığortanın tətbiqi uğurla həyata keçirilir:
"Bizim beynəlxalq standartlara cavab verən, beynəlxalq sertifikatlara alan xəstəxanalarımız var. Ölkədə fəaliyyət göstərən xəstəxanaların sayının artırılması planlaşdırılır".
Araz Nəsirov əlavə edib ki, yaxın günlərdə xəstəxanaların birində 3 600 kvadratmetr ərazidə böyük reabilitasiya mərkəzi açılacaq:
"Bu mərkəzdə bir çox robotik müdaxilələr aparılacaq. Həmçinin Şuşada Sağlamlıq Mərkəzi açılıb ki, burada da sağlamlıq turizmi ilə bağlı planlarımız var. Bu gün biz sağlamlıq turizmini biliyin təcrübənin mübadiləsi kimi görürük".
Aygün Mirakif


