Araz2024 birgə taktiki təlimi başa çatıb
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
İran İslam Respublikasının Ərdəbil vilayətinin Aslanduz yaşayış məntəqəsi yaxınlığında Azərbaycan Ordusu Quru Qoşunlarının və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunlarının xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Araz - 2024" birgə taktiki təlimi başa çatıb.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, təlimin əsas mərhələsində qeyri-qanuni silahlı qruplaşmaların yerlərinin, hərəkət istiqamətlərinin və hazırlıq vəziyyətlərinin müəyyənləşdirilməsi məqsədilə bölgə üzərində pilotsuz uçuş aparatları (PUA) tətbiq edilib, radio-elektron mübarizə və radio-elektron kəşfiyyat üzrə fəaliyyətlər icra olunub.
Şərti düşmənin müəyyən edilmiş mövqeləri sərrast artilleriya atəşi və PUA tətbiq olunması ilə məhv edilib.
Həmçinin düşmənin canlı qüvvəsinin məhv edilməsi üzrə tapşırıqlar hərbi qulluqçular tərəfindən yüksək dəqiqliklə yerinə yetirilib.
Ümumilikdə təlimin gedişatı və hərbi qulluqçuların peşəkarlığı yüksək qiymətləndirilib.
Təlimin yekununda fərqlənən bir qrup hərbi qulluqçu təltif edilib.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 28 Noyabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















