Icma.az
close
up
RU
“Arctic Sentry” başladı...

“Arctic Sentry” başladı...

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

NATO-nun Əməliyyatlar üzrə Birgə Qüvvələr Komandanlığı Arktika və Uzaq Şimalda müttəfiqlərin hərbi mövcudluğunun koordinasiyasına və gücləndirilməsinə yönəlmiş “Arctic Sentry” missiyasının başladığını elan edib. Yeni missiya NATO ölkələrinin regionda artan fəaliyyətlərini vahid əməliyyat konsepsiyasında birləşdirəcək. Söhbət çoxsahəli təlimlər və əməliyyatlardan, o cümlədən Danimarkanın “Arctic Endurance” təlimlərindən və müttəfiq bölmələrinin artıq gəlməyə başladığı Norveçin qarşıdan gələn “Cold Response” manevrlərindən gedir.

Məqsəd Arktikada təhlükəsizliyi artırmaqdır

NATO bəyan edib ki, missiyanın başlanması Rusiyanın hərbi fəallığı və Çinin regiona marağı fonunda alyansın Arktikada təhlükəsizliyə artan diqqətini əks etdirir. Ötən ay Davosdakı görüşdə ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte razılaşıblar ki, alyans regionun müdafiəsində daha fəal kollektiv rol oynamalıdır. Missiyaya məsuliyyət zonası artıq bütün Arktika regionunu əhatə edən NATO-nun Norfolkdakı Birgə Qüvvələr Komandanlığı (JFC Norfolk) rəhbərlik edəcək. Alyans həmçinin fəaliyyətlərini NORAD, eləcə də ABŞ-ın Şimal və Avropa komandanlıqları ilə əlaqələndirmək niyyətindədir.

Məlumdur ki, Arktikada NATO-nun fəallığı ABŞ-ın dünyanın ən böyük adası olan Qrenlandiyaya iddiası fonunda baş verib. Donald Tramp adanı istənilən yolla əldə edəcəklərini bəyan etdikdən sonra Danimarka adaya əlavə hərbi qüvvələr göndərib. Nəzərə alaq ki, Arktika regionu dünya gücləri arasında artan gərginlik fonunda xüsusi strateji əhəmiyyətə malikdir. Ona görə də regionda aviasiyanın, gəmilərin və hərbi qulluqçuların, o cümlədən NATO üzrə müttəfiq ölkələrin mövcudluğu artırılır. Hətta NATO-nun Avropadan olan üzvləri Qrenlandiyada hərbi təlimlər keçirmişdilər. Eyni zamanda, Danimarka Müdafiə Nazirliyinin sözçüsü Tobias Roed Yensen bildirmişdi ki, ABŞ Qrenlandiyanı zorla ilhaq etməyə cəhd edərsə, Danimarka hərbi qulluqçuları Amerika qoşunlarına cavab atəşi açmalıdırlar: “Danimarka hərbi birləşmələri ölkə ərazisini müdafiə etməyə, o cümlədən onun silahlı hücuma məruz qaldığı təqdirdə dərhal müdafiə tədbirləri görməyə borcludur”. Yensen 1952-ci ildən etibarən Qrenlandiya da daxil olmaqla bütün ölkəyə şamil edilən müvafiq Kral fərmanına istinad edib. O qeyd edib ki, fərman Danimarka ordusuna siyasi və ya hərbi liderlərin təlimatlarını gözləmədən hücum halında ölkəni müdafiə etməyə imkan verir.

Yeri gəlmişkən, Danimarkanın digər Avropa tərəfdaşları da ona hərbi dəstək göstərib və Qrenlandiyada keçirilən hərbi təlimlərdə iştirak ediblər. Bu addımlar Danimarkanın NATO-dakı avropalı tərəfdaşlarına çağırışlarından sonra atılıb. Əməliyyat Danimarka tərəfindən koordinasiya edilib, ABŞ-ın rəhbərliyi altındakı NATO strukturları vasitəsilə aparılmayıb. Avropa dövlətlərinin bu addımı Trampı qəzəbləndirdiyi üçün sözügedən 6 ölkəni yüksək tariflərlə hədələmişdi.

Buna baxmayaraq, həmin vaxt Böyük Britaniyanın Baş naziri, Danimarkanın Baş naziri, Avropa Komissiyasının və NATO-nun rəhbərliyi telefon danışığı aparıb. Bildirilib ki, “Yüksək Şimal”ın təhlükəsizliyi Avro-Atlantik maraqların qorunması baxımından bütün NATO müttəfiqləri üçün prioritet hesab olunur. Qeyd edilib ki, NATO müttəfiqlərinin kollektiv təhlükəsizliyi naminə atılan addımlara görə müttəfiqlərə qarşı tariflərin tətbiqi yanlış yanaşmadır. Almaniya Kansleri Fridrix Merts də bəyan edib ki, NATO üzvü olaraq Arktika regionunda təhlükəsizliyin gücləndirilməsini ümumi transatlantik maraq kimi qiymətləndirir və bu istiqamətdə qəti öhdəlik daşıyırıq.

Vaşinqton hədəflərinə yaxınlaşır

Bütün bunların fonunda ABŞ lideri Tramp NATO-nun Baş katibi Mark Rutte ilə görüşündən sonra 6 ölkəyə yüksək tarif tətbiq etmək fikrindən daşınıb. Ağ Evin rəhbəri alyansın Baş katibi ilə görüşü çox məhsuldar hesab edib və deyib ki, görüşə əsasən, Qrenlandiya və əslində bütün Arktika bölgəsi ilə bağlı gələcək razılaşmanın çərçivəsi formalaşdırılıb. “The Times” qəzeti də öz mənbələrinə istinadən yazıb ki, ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte tərəfindən razılaşdırılmış Qrenlandiya ilə bağlı çərçivə sazişi adada ittifaq komandanlıq mərkəzindən tutmuş, Rusiya və Çin investisiyalarının qadağan edilməsinə qədər 5 əsas komponenti əhatə edir. Qəzet bildirir ki, Tramp və Rutte arasında müzakirə edilən sazişdə 1951-ci ildə Vaşinqton və Kopenhagen tərəfindən imzalanmış Qrenlandiya Müdafiə Müqaviləsinin yenilənəcəyi nəzərdə tutulur. Qrenlandiyada hərbi infrastruktur, stansiya və komandanlıq qoşunları yaratmaq azadlığına malik olan ABŞ, hərbi personalı üçün tam muxtariyyət və mütləq toxunulmazlıq əldə edəcək.

Qeyd olunub ki, çərçivə müqaviləsindəki digər vacib məqamlar adada NATO komandanlıq mərkəzinin yaradılması, ABŞ-ın Qrenlandiyanın mineral sərvətlərinə çıxış əldə etmək imkanı, adada Rusiya və ya Çin investisiyalarına, həmçinin digər layihələrə mane olacaq eksklüziv rejim müqaviləsidir. Nəhayət, ada satışa çıxarılacağı təqdirdə ABŞ-a Qrenlandiyanı əldə etmək üçün birincilik hüququ təmin etmək təklif olunur. Məqalədə deyilir ki, bunun müqabilində ABŞ Avropa ölkələrinə qarşı tariflərdən imtinaya və müqavilənin təfərrüatlarını müzakirə etməyə başlamağa razılaşıb.

Bütün bunların fonunda NATO-nun Əməliyyatlar üzrə Birgə Qüvvələr Komandanlığının Arktika və Uzaq Şimalda “Arctic Sentry” missiyasına  başlaması məhz ABŞ-ın mövqeyinin nəticəsidir. Bununla Birləşmiş Ştatlar ərazidə mövcudluğunu daha da gücləndirəcək.

N.BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 Fevral 2026 09:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see270

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see188

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see188

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see187

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see179

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see178

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see177

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see176

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see176

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see176

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see175

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see172

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see172

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see171

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see170

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see168

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see167

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see167

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri