Icma.az
close
up
RU
Arda Turan hansı Avropa klubu ilə danışıqlar aparır?

Arda Turan hansı Avropa klubu ilə danışıqlar aparır?

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Futbolçu kimi uzun illər Avropada top qovmuş, ''Atletiko'' və ''Barselona'' kimi nəhənglərin şərəfini qorumuş Arda Turan məşqçi kimi də Avropada işləməyə çox yaxındı.
Məlum olduğu kimi Arda 2023-dən bu yana ''Eyüpspor''u çalışdırır. Bu klubu tarixində ilk dəfə elitaya yüksəldən 38 yaşlı mütəxəssis bu mövsüm ''Eyüpspor''la avrokuboklara vəsiqə uğrunda mübarizə aparmaqla diqqət çəkir.
Ardaya uzun müddətdi, maraq göstərən ''Şaxtyor'' bu mövzuda real və ciddi addımlar atmağa başlayıb. Ukrayna çempionatında bu mövsümü istədiyi kimi keçirə bilməyən və əzəli rəqibi Kiyev ''Dinamo''sundan çox geri qalan Donetsk təmsilçisi əvvəlki qüdrətini qaytarmaq istəyir. ''Şaxtyor''un Ardaya maraq göstərməsi ilə bağlı xəbərlər hələ yanvardan mövcuddu. Amma həmin vaxt gənc türkiyəli çalışdırıcı mövsümü ''Eyüpspor''da tamamlamaq istədiyi üçün danışıqlar aparmağa ehtiyac görməmişdi. İndi isə tərəflər arasında artıq danışıqlar başlayıb.
Türkiyə mətbuatının yazdığına inansaq, bir neçə gün öncə Arda Londonda ''Şaxtyor'' rəsmiləri ilə görüş keçirib. İkinci görüş isə İstanbulda baş tutub. Çünki ''Şaxtyor''un idman direktoru Dario Srna hazırda İstanbuldadı. Ardanın klubunu dəyişəcəyini göstərən daha bir məqam odu ki, bu məşqçi hələ də ''Eyüpspor''la yeni müqavilə imzalamayıb.
Onun klubla müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq. ''Eyüpspor'' hazırda 33 oyuna topladığı 50 xalla 6-cı pillədə qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 10 May 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri