Arda Turan ingiltərəli futbolçunun qalmaqallı sözlərinə cavab verdi
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Hazırda “Şaxtyor”u çalışdıran Arda Turan Conco Şelvinin qalmaqallı açıqlamalarına cavab verməli olub.
"Football-plus.az" xəbər verir ki, İngiltərə futbolunun tanınmış simalarından olan, “Liverpul”, “Blekpul”, “Suonsi”, “Nyukasl”, “Nottingem Forest”də top qovmuş 33 yaşlı Şelvi yaxın keçmişdə ilyarım Türkiyədə çıxış etmişdi. O, bir mövsüm (2023/24) “Çaykur Rizəspor”da, 2024/25-in birinci dövrəsini isə “Eyüpspor”da keçirmişdi. Məhz bu klubda onun yolu Arda Turan ilə kəsişmişdi. Şelvi bugünlərdə bir “yutub” kanalına verdiyi müsahibədə həm Türkiyədə keçirdiyi dönəm, həm də Arda Turan ilə bağlı qalmaqallı ifadələr işlədib.
O, Türkiyədə oynadığı müddətdə dəfələrlə yuxugətirici dərmanlar qəbul etdiyini etiraf edərək Arda Turan haqda bunları deyib:
“Arda sözün əsil mənasında dəlidi. Müqaviləyə imza atmadan öncə onun haqda “Amazon”da bir sənədli film izlədim. Onun barda bir nəfərlə mübahisə edəndən sonra evinə gedərək silah götürdüyünü və xəstəxanaya gedərək həmin adamı vurmağa çalışdığını gördüm. Bir dəfə isə “Atletiko”da oynayarkən yan hakimə butsunu fırlatmışdı. Tez-tez mənə simpatiyasını bildirirdi. Məndən viskimin olub-olmadığını soruşurdu. Çünki viskini çox sevirdi. Məşqdən sonra ayağını masaya uzadaraq siqar çəkər və viski içərdi. Çılğın bir görüntü idi. İngiltərədə heç vaxt belə şeylər yaşamamışdım”.
38 yaşlı Arda Turan bu iddiaları təzib edərək bunları deyib:
“Eyüpspor”da işlədiyim dönəmdə formamızı geymiş bir futbolçunun mətbuatda ölkəmizlə bağlı bütün sərhədləri aşaraq işlətdiyi ifadələri böyük üzüntü ilə oxudum. Mənim çalışma prinsipimin iki əsas təməli var: biri ailəyə hörmət, digəri birbaşa ünsiyyət. Həmin futbolçu mənə ailəvi problemlərinin olduğunu ilk gündən dedi. Ona ailəsini görmək üçün heç bir zaman limiti qoymadan getməsinə icazə verdim, üstəlik psixoloji dəstək verməyə hazır olduğumuzu da bildirdim. Onu fiziki və psixoloji cəhətdən qoruya bilmək üçün məşqlərdə xüsusi proqramla çalışdırdıq. Həmin vaxt futbolçunun şəxsi həyatına olan hörmətimizə görə bu məsələlərin heç birini ictimaiyyələşdirmədik. Amma indiki məqamda yanlış bir fikir fomalaşmaması üçün bunları açıqlamaq məcburiyyətindəyəm. Bütün təkliflərimizə baxmayaraq, bu futbolçu tibbi personalımıza xəbər vermədən və onlardan heç bir fikir öyrənmədən bəzi dərmanlar qəbul etməkdə davam etmişdi. Bunu onun məşqlərdəki qeyri-adi davranışından hiss etmişdik. Mən həmişə futbolçularla özəl toplantılarda köməkçilərimdən kimisə yanıma çağırıram. Bu futbolçunun mənimlə özəl söhbətlər zamanı ifadə etdiyi ab-hava qətiyyən həqiqətə uyğun deyil. Klubla müqaviləsi olan, eləcə də hər dəfə dəstək təklifini geri çevirən peşəkar futbolçunun üzərinə düşəni yerinə yetirməməsi azmış kimi, mətbuata verdiyi bu həqiqətə uyğun olmayan açıqlamaları həm özümə, həm o dönəmdə klubda çalışanlara, həm də komanda yoldaşlarına hörmətsizlik kimi qəbul edirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 15 Yanvar 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















