Icma.az
close
up
RU
Arda Turan: Mən Ali Sami Yen in son şahzadəsiyəm

Arda Turan: Mən Ali Sami Yen in son şahzadəsiyəm

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Qalatasaray" klubunun sabiq futbolçusu, "Eyüpspor" klubunun hazırkı baş məşqçisi Arda Turan "sarı-qırmızılar"dakı karyerası haqqında danışıb.

Oxu.Az "NtvSpor"a istinadən xəbər verir ki, Arda Turan özünü "Qalatasaray" klubunun keçmiş stadionu "Ali Sami Yen"in sonuncu şahzadəsi adlandırıb.

"Mən o stadionu çox sevirdim. Mən köhnə stadionun sonuncu şahzadəsi, sonuncu kapitanı idim. Kiçik bir yer idi, amma digər komandalar üçün cəhənnəm idi. "Cəhənnəmə xoş gəlmisiniz!" - "Mançester Yunayted"i dəstəkləyirsinizsə, bunu bilirsiniz. 3:3, 0:0. İlk dəfə xoşbəxtlikdən ağladım. Altı yaşım var idi və televizorda İngiltərədə keçirilən matça baxırdım. Peter Şmeyxel insanlara üç qol buraxmayacağını söylədi və üç qol buraxdı. Mən "Mançester Yunayted"ə hörmət edirəm, onlar böyük klubdur, lakin Çempionlar Liqasında oynamaq üçün onları Avropa Liqasından çıxarmaq böyük iş idi".

Arda Turan "Qalatasaray"ı "Atletiko Madrid"ə dəyişməsinin səbəbini də açıqlayıb:

"Növbəti mərhələdə sınaqdan keçmək istəyirdim. 20 yaşım olanda getmək şansım var idi, amma "Qalatasaray"a kömək etmək istədiyim üçün təxirə saldım, amma 24 yaşım olanda zədələndim və bir az zəiflədim. Bu pis idi, amma yenidən gücləndim. Daha sonra isə "Atletiko Madrid"ə, xəyallarımın arxasınca getdim".

A.Turan əlavə edib ki, gələcəkdə oynadığı klublarda məşqçilik etmək istəyərdi:

"Avropada çalışmaq xəyalım var və son iki ildə "Eyüpspor" ilə əldə etdiklərimiz futbol dünyasının diqqətini çəkdi. Biz kiçik klubuq, ilk dəfə yüksək liqada mübarizə aparırıq. Buna baxmayaraq, biz liqada beşinci yerdəyik və bir çox statistik kateqoriyalar üzrə ən yaxşı komandalar arasındayıq. Biz burada futbol mədəniyyəti yaratmağa çalışırıq. Zaman-zaman Avropa klublarının marağını eşidirəm. Dünya futbolunu yaxından izləyirəm. Oyun çox sürətlə inkişaf edir və bu templə ayaqlaşmaq çox vacibdir. Ona görə də özümü təkmilləşdirməyə, uyğunlaşmağa çalışıram".

Qeyd edək ki, Arda Turan futbolçu karyerası ərzində "Qalatasaray", "Manisaspor", "Atletiko Madrid", "Başakşəhər" və "Barselona" kimi klublarda çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:213
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Mart 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri