Həmin klublar haqda qərar verildi
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
AFFA-nın Apellyasiya Arbitraj Tribunalı “Alanyaspor Baku” və “Lion” klublarının şikayətlərinə baxaraq müvafiq qərarlar qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, hər iki klubun apellyasiya şikayəti qismən təmin olunub.
“Alanyaspor Baku”nun U-13 komandasında çıxış edən Cəbrayıl Hüseynovun 3 oyunluq cəzası 2 matça endirilib. Futbolçu “Step FK” ilə matçın 40-cı dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə almışdı.
“Lion”un gənclər komandasında çıxış edən Həsən Hüseynovun 6 oyunluq cəzası və klubun 1200 manat cərimələnməsi ilə bağlı əvvəlki qərar isə ləğv edilib. İş yenidən baxılması üçün AFFA İntizam Komitəsinə göndərilib.
Qeyd edək ki, Həsən Hüseynov “Turan Tovuz”la qarşılaşmanın 80-ci dəqiqəsində rəqib komandanın qapıçısını təhqir etdiyinə görə meydandan qovulmuşdu.
Klublar hər iki qərardan Lozannadakı İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət vermək hüququna malikdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 15 Noyabr 2026 11:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















