Icma.az
close
up
RU
ARDNF nin ən çox yatırım etdiyi İT nəhəngləri: “Apple” və “NVIDIA”ya yatırımlarda azalma olub EKSKLÜZİV

ARDNF nin ən çox yatırım etdiyi İT nəhəngləri: “Apple” və “NVIDIA”ya yatırımlarda azalma olub EKSKLÜZİV

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci ilin ilk rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) listinqdə olan səhmlərinin dəyəri 13,4 mlrd. dollar təşkil edib.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib.

Qeyd edilib ki, bu dövrdə Dövlət Neft Fondunun səhmlərinə ən çox yatırım etdiyi TOP-10 şirkətlərə yenə qlobal informasiya texnologiya şirkətləri başçılıq edib.

ARDNF-nin ən çox yatırım etdiyi TOP-10 şirkətlərin səhm portfelində də dəyişiklik olub.

Fondun “Apple Inc”yə yatırımları ötən ilin sonu ilə müqayisədə 2025-ci ilin ilk rübündə 89 mln. dollar azalaraq 556 mln. dollara enib. Başqa sözlə, ARDNF-nin səhm portfelində “Apple Inc”in payı 5,5%-dən 4,9%-ə kimi enib.

2023-cü ilin ilk yarısından etibarən ABŞ-ın ən iri çip istehsalçısı “NVIDIA”nın Fondun portfelində payı artmağa başlamışdı. Fondun qlobal şirkətdəki səhmlərinin dəyəri ötən il hətta 557 milyon dollara qədər yüksəlmişdi. “NVIDIA-ya yatırımlar son 3 ayda isə 113 milyon dollar azalaraq 444 milyon dollara, portfeldə çəkisi isə 4,7%-dən 3,9%-ə enib. Bununla belə, çip bazarının əsas oyunçusu siyahıda yerini qoruyub.

Fondun “Microsoft”a yatırımlarının dəyəri isə ötən ilin III rübündən azalmaqda davam edir. Belə ki, səhmlərin dəyəri 504 mln. dollardan 441 milyon dollara kimi azalıb, səhm portfelində payı isə 4,3%-dən 3,9%-ə enib.

ARDNF-nin “Amazon”a yatırımları isə ötən ilin sonunda 351 milyon dollara qədər artsa da, bu ilin ilk rübündə 300 milyon dollara enib. Həmçinin, Fondun səhm portfelində “Amazon”un payı 3%-dən 2,6%-ə düşüb.

Ən çox yatırım edilən ilk beşliyə 2024-cü ilin ilk rübündən etibarən “Meta platforms” da daxil olub. ARDNF-nin Mark Zukerberqin şirkətinə yatırımları ötən ilin son rübü ilə müqayisədə 217 mln. dollardan 209 mln. dollara enib, portfeldə çəkisi isə dəyişməyərək 1,8% təşkil edib.

Dövlət Neft Fondunun həmçinin, “Google”a aid iki şirkətə ayrılıqda investisiyalar 188 mln. dollardan 150 mln. dollara və 163 mln. dollardan 130 mln. dollara enib.

“Tesla”ya yatırımlarda isə daha kəskin azalma olub. ARDNF-in “Tesla”dakı hissələri 197 mln. dollardan 124 mln. dollara, səhm portfelində çəkisini isə 1,7%-dən 1,1%-ə enib. Başqa sözlə, 3 ayda 73 mln. dollar azalma olub.

“Broadcom İnc”yə aid portfel isə 174 mln. dollardan 124 mln. dollara enib.

Ötən ilin sonunda “Berkshire Hathaway Inc” ən investiya edilən şirkətlərin TOP-10-luğuna düşə bilib. Fondun maliyyə nəhənginə investisiyaları 118 mln. dollara, portfeldə çəkisi isə 1%-ə bərabər olub.

Ümumilikdə, müşahidələr göstərir ki, səhm portfeli üzrə ən çox yatırım edilən TOP-10 şirkətə yatırımların azalması daha çox ilin əvvəlindən etibarən kapital bazarlarında baş verən enişlə bağlıdır.

Qeyd edək ki, ARDNF-nin TOP-10 qlobal nəhənglərin səhmlərinə yatırımları bu ilin aprelin 1-nə 2 mlrd. 711 mln. təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 12,9% azdır. 2025-ci il yanvarın 1-nə bu rəqəm 3 mlrd. 112 mln. dollara bərabər olub.

Xatırladaq ki, bu portfel Dövlət Neft Fondunun “MSCI World” indeksi üzrə kotirovka olunan səhm investisiyalarıdır. Fondun “MSCI Europe ex UK” indeksini izləyən portfel və nağd vəsaitlərin həcmi isə 1.5 mlrd. ABŞ dolları təşkil edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://apa.az
archiveBu xəbər 05 May 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri