“Apple” “Nvidia” ilə əlaqələri tamamilə kəsmək niyyətindədir
Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müəllif:Ayşən İmanova/Banco.az
“Apple” “Nvidia”dan asılılığı azaltmaq üçün öz süni intellekt sürətləndiricilərini fəal şəkildə inkişaf etdirir.
Banco.az xəbər verir ki, bu barədə “3dnews” məlumat yayıb.
Məlumata görə, şirkət artıq M1 çiplərinə keçərək “Intel” ilə əlaqələri kəsib və indi süni intellekt sürətləndirici bazarının 95%-ə qədərinə nəzarət edən “Nvidia”dan asılılığını azaltmaq istəyir.
Ən sərfəli kredit üçün müraciət et“Apple” hazırda bulud operatorları “Amazon” və “Microsoft” vasitəsilə “Nvidia” avadanlıqlarını icarəyə verir, lakin “Broadcom”u süni intellekt sürətləndiricilərinin yaradılmasına cəlb edərək öz inkişaflarına keçməyi planlaşdırır.
Qeyd edək ki, “Apple” və “Nvidia” arasında münasibətlər həmişə gərgin olub. Hələ 2000-ci illərdə Stiv Cobs “Nvidia”nı “Pixar” texnologiyalarını kopyalamaqda ittiham edib. Daha sonra “Apple” kompüterlərində “Nvidia” qrafik kartlarında yaranan problemlərə görə şirkət AMD-yə keçib və öz çiplərini hazırlamağa başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:156
Bu xəbər 27 Dekabr 2024 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















