Icma.az
close
up
RU
ARDNF in ən çox yatırım etdiyi İT nəhəngləri: “NVIDIA” və “Apple” gəlirləri kəskin artıb EKSKLÜZİV

ARDNF in ən çox yatırım etdiyi İT nəhəngləri: “NVIDIA” və “Apple” gəlirləri kəskin artıb EKSKLÜZİV

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

2025-cü ilin üçüncü rübündə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) listinqdə olan səhmlərinin dəyəri 15,9 mlrd. dollar təşkil edib.

Bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib. Qeyd edilib ki, bu dövrdə Dövlət Neft Fondunun səhmlərinə ən çox yatırım etdiyi TOP-10 şirkətlərə yenə qlobal informasiya texnologiya şirkətləri başçılıq edib. ARDNF-nin ən çox yatırım etdiyi TOP-10 şirkətin səhm portfelində ciddi dəyişiklik müşahidə edilməyib.

Fondun “NVIDIA” səhmlərinin dəyəri 800 mln. dollara yaxınlaşıb
2023-cü ilin ilk yarısından etibarən ABŞ-ın ən iri çip istehsalçısı “NVIDIA”nın Fondun portfelində payı artmaqda davam edir. Çip nəhəngi bu ilin ikinci rübündə hətta "Apple"i qabaqlayaraq ilk pilləyə yüksəlib və liderliyini davam etdirir. Belə ki, ARDNF-in NVIDIA-ya yatırımları ilin ilk yarısındakı 663 milyon dollardan III rübdə 787 milyon dollara çatıb. Bu isə 3 ayda 124 mln. dollar və ya təxminən 19% artım deməkdir. Şirkətin Fondun səhm portfelində çəkisi isə 5,1%-dən 5%-ə enib.

“Apple” səhmlərinin dəyəri 3 ayda 130 mln. dollar artıb

Paralel olaraq Apple-in portfeldə payı 530 mln. dollar 657 mln. dollara yüksəlib. Başqa sözlə, bir rübdə artım 127 dollar və ya təxminən 24% təşkil edib. Bu göstərici ilə smarfon bazarının nəhəngi əvvəlki rübdən fərqli olaraq III rübdə “Microsoft”u yenidən qabaqlayıb. Apple-in portfeldə çəkisi 4,1% səviyyəsində qalıb.

“Microsoft Corp.” üzrə investisiyalar da artım trendini qoruyub. Fondun Microsoft-a yatırımları 28 mln. dollar artaraq 632 mln. dollara çatıb. Şirkətin portfeldə çəkisi isə 4% olaraq qalıb.

ARDNF-nin “Amazon”a yatırımlarında isə nisbi artım olub və 3-cü rübdə 362 mln. dollar səviyyəsində qərarlaşıb. Portfeldə çəkisi 2,3% olub.

“Meta” TOP-5 yerini qoruyub

Ən çox yatırım edilən ilk beşliyə 2024-cü ilin ilk rübündən etibarən “Meta platforms” da daxil olub. ARDNF-nin Mark Zukerberqin şirkətinə yatırımları ötən ilin sonundakı 217 mln. dollardan II rübdə 278 mln. dollara yüksəlmişdi. III rübdə isə nisbi azalma ilə 276 mln. dollara enib. Şirkətin səhm portfelində payı 2,1%-dən 1,7%-ə enib.

“Google” şirkətlərinə yatırımlar 400 mln. dollar yaxınlaşıb

"Broadcom Inc"yə investisiya isə 212 mln. dollardan 254 mln. dollara yüksəlib. Dövlət Neft Fondunun həmçinin, “Google”a aid iki şirkətə ayrılıqda investisiyaları ikinci rüblə müqayisədə üçüncü rübdə 177 mln. dollardan 245 mln. dollara və 152 mln. dollardan 207 mln. dollara qalxıb.

“Tesla” portfelində 100 mln. dollarlıq artım

“Tesla”ya yatırımlar yenidən artmağa başlayıb. ARDNF-in “Tesla”dakı hissələri ilin ilk yarısında 124 mln. dollardan 158 mln. dollara, III rübdə isə 222 milyon dollara kimi artıb, səhm portfelində çəkisini isə 1,2%-dən 1,4%-ə kimi yüksəlib. Başqa sözlə, yarımildə 98 mln. dollar artım olub.

İlin üçüncü rübündə "JPMorgan Chase & Co" ilk onluqda yerini qoruyub. Fondun maliyyə nəhənginə investisiyaları 140 mln. dollardan 152 mln. dollaraa, portfeldə çəkisi isə 1,1%-dən 1,2%-ə yüksəlib. .

TOP-10-dakı şirkətlərə yatırımlar 3 ayda 500 milyon dollar artıb

Qeyd edək ki, ARDNF-nin TOP-10 qlobal nəhənglərin səhmlərinə yatırımları bu ilin oktyabrın 1-nə 3,8 mlrd. dollar təşkil edib ki, bu da ilin ilk yarısına nisbətən 15% və ya 500 mln. dollar çoxdur.

Xatırladaq ki, bu portfel Dövlət Neft Fondunun “MSCI World” indeksi üzrə kotirovka olunan səhm investisiyalarıdır. Fondun “MSCI Europe ex UK” indeksini izləyən portfel və nağd vəsaitlərin həcmi isə ikinci rübdə 100 mln. dollar artaraq 1,9 milyard ABŞ dollarına yüksəlib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 Dekabr 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see225

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see221

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see160

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see154

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see149

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see145

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri