ARDNF nin neft və qaz tranzitindən gəlirlərinin azalmasının əsas səbəbləri açıqlanıb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
2025-ci il üzrə ARDNF-nun faktiki tranzit gəlirlərinin proqnozlaşdırılan xeyli aşağı olması və Rusiya–Ukrayna münaqişəsi səbəbindən tranzit marşrutlarının dayandırılması nəzərə alınaraq, tranzit gəlirləri 2026-cı il üçün faktiki daxilolmalar səviyyəsində proqnozlaşdırılıb.
"APA-Economics" xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2026-cı il büdcəsinə verdiyi rəydə bildirilib.
Qeyd edilib ki, nəticə etibarı ilə bu yanaşma proqnozların reallığa uyğunluğunu təmin edib. Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər istiqaməti üzrə 2025-ci ildə 25,4 mln. manat məbləğində daxilolma proqnozlaşdırılsa da, hesabat tarixinə cəmi 0,004 mln. manat vəsait qeydə alınmışdır. Palatanın əvvəlki illər üzrə rəylərində də bu istiqamət üzrə proqnozlaşdırmanın faktiki icra göstəricilərinə əsaslanmasının zəruriliyi vurğulanıb.
Fondun 2026-cı il büdcəsində neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə tranzitindən əldə edilən gəlirlər 2,2 min ABŞ dolları və ya 3,7 min manat səviyyəsində proqnozlaşdırılır ki, bu da manat ifadəsində 2024-cü ilin faktiki icrasından 0,5 mln. manat az, 2025-ci ilin təsdiq edilmiş proqnozundan 25,4 mln. manat aşağı, 2025-ci il üzrə gözlənilən daxilolma ilə isə təqribən eyni səviyyədədir.
Cari ildə Rusiya–Ukrayna münaqişəsinin davam etməsi nəticəsində Qərb ixrac boru kəməri və Qara dəniz marşrutu vasitəsilə xam neftin nəqlinin dayandırılması səbəbindən Əməliyyat Şirkəti növbəti ildə bu maddə üzrə daxilolmaların olmayacağını proqnozlaşdırmışdır. Bu şəraitdə aidiyyəti gəlir stiqamətinin Neft Fondunun 31.08.2025-ci il tarixinə olan faktiki daxilolmalar səviyyəsində proqnozlaşdırılması məqsədəuyğun hesab edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 12 Yanvar 2026 13:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















