Icma.az
close
up
RU
Ad paltar və ya saç düzümü deyil ki, onu dəbə uyğunlaşdıraq Psixoloq uşaqlara qoyulan xarici adlardan DANIŞDI

Ad paltar və ya saç düzümü deyil ki, onu dəbə uyğunlaşdıraq Psixoloq uşaqlara qoyulan xarici adlardan DANIŞDI

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Milli Məclisin deputatı Fazil Mustafa təklif edib ki, yeni doğulacaq körpələrə yalnız təmiz milli adlar verilsin.

Qeyd edək ki, bəzi valideynlər övladına xarici ad qoyur. Bəs bunun səbəbi nədir?

Mövzu ilə bağlı Redaktor.az-a danışan psixoloq Vüsalə Əmiraslanova bildirdi ki, bütün dövrlərdə uşaq adlarının həmin dövrdə məşhur olan seriala və filmə uyğun qoyulması, yəni rast gəlinən bir hadisədir:

"Amma əlbəttə ki, valideynlər tam qavrayışlı və yetişkin, yəni müdrik valideynlərdirsə, düşünməlidirlər ki, hər bir serialın və filmin müəyyən bir dövrü var, ondan sonra isə həmin serial və film yaddan çıxacaq. Uşağımız isə yaşadığımız ölkədə yaşamağa davam edəcək və bu baxımdan onların adlarının uyğunluğu məsələsi vacibdir. Həmin adlar bir dövrdə dəbdə ola bilər, amma sonradan dəbdən düşə bilər. Düşünürəm ki, ad paltar və ya saç düzümü deyil ki, onu dəbə uyğunlaşdıraq. Ad bir insanın həyatını, taleyini daşıyan simvoldur. Biz həyatımızı həmin ada uyğun yaşayırıq. Adlarımız yaxşı olarsa, biz özümüzü psixoloji baxımdan daha güclü və sağlam hiss edirik, adın təsirini üzərimizdə hiss edirik. Bu, xüsusilə dini adlarda daha çox özünü göstərir".

Psixoloqun sözlərinə görə, bəzən valideynlər “azad valideyn” olmaq istəyi ilə “biz uşağımızın adını özümüz qoyacağıq” deyərək tamamilə fərqli adlar seçirlər.

"Bu addım bəzən qarşı tərəfə inad və acıq xarakteri daşıdığı üçün, uşağın taleyində adın mənfi tərəflərini önə çıxarmış oluruq - həm adın mənasızlığı baxımından, həm də adın öz xüsusiyyətləri baxımından. Düşünürəm ki, sağlam psixologiyaya malik insan ailə dəyərlərimizi də nəzərə almalıdır. Bizdə ölmüş baba və nənələrin, hətta həyatda olan nənə və babaların adlarının uşaqlara qoyulması ənənəsi var. Amma mən düşünürəm ki, bu məsələ ailənin öz öhdəsinə buraxılsa, daha gözəl olar. Təklif edilə bilər, amma israr edilməməlidir. Əlbəttə, hər hansı bir adı yaşatmaq istədikdə və s. hallarda həmin adlar qoyula bilər. Lakin məhz xarici adların uşaqlara mənası bilinmədən, filmlərə baxaraq qoyulması daha çox həmin insanın diqqət mərkəzində olmaq istəyi, uşağına “mən azadam, rahatam, istədiyim adı sənə qoya bilərəm” kimi inad xarakterli xüsusiyyətlərini əks etdirir", - deyə Vüsalə Əmiraslanova qeyd etdi.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Yanvar 2026 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri