Icma.az
close
up
RU
Dollar zəifləyir, qızıl yüksəlir: 2026 cı ildə qiymətli metallara tələbat artacaq

Dollar zəifləyir, qızıl yüksəlir: 2026 cı ildə qiymətli metallara tələbat artacaq

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qızılın qiyməti tarixi maksimumunu yenilənib. "Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) 2026-ci ilin fevral ayında çatdırılma ilə qızıl füçerslərinin qiyməti bir troya unsiyası üçün 4 600 dolları ötərək, tarixi maksimumu yeniləyib.

Bunu ticarət platformasının məlumatları göstərir. Məlumata görə, qızılın qiyməti Bakı vaxtı ilə saat 04:47-də 1.92% artaraq, bir troya unsiyasına görə 4 605 dollar təşkil edib. Bakı vaxtı ilə saat 04:55-də isə qızılın qiyməti daha 2.03 faiz artaraq, 4 610.1 dollara çatıb.

İqtisadçı Xalid Kərimli “Sherg.az”a açıqlamasında qızıl bazarındakı bahalaşma dünyada hökm sürən qeyri-müəyyənliklərlə əlaqələndirib. Onun fikrincə, Venesuela prezidentinin ABŞ tərəfindən həbs edilməsi ilə bağlı xəbərlər, İranda baş verən iğtişaşlar, eləcə də Rusiya–Ukrayna münaqişəsinin davam etməsi qlobal təhlükəsizlik risklərini artırır və investorları daha etibarlı aktivlərə yönəldir. Bu prosesdə qızıl “təhlükəsiz liman” funksiyasını gücləndirərək daha çox tələb görür.

Ekspert əlavə edib ki, ABŞ-da dolların faiz dərəcələrinin aşağı salınması və gələcəkdə daha da endiriləcəyi ilə bağlı gözləntilər də qızılın bahalaşmasına mühüm təsir göstərir:

“Faizlərin enməsi dolların cəlbediciliyini zəiflədir və investorları alternativ olaraq qiymətli metallara üstünlük verməyə vadar edir. Bu amillərin cəmi nəticəsində 2026-cı ildə qiymətli metalların yüksək qiymət səviyyəsində qalacağı və qızılın ümumilikdə təxminən 10 faiz bahalaşacağı gözlənilir”.

X. Kərimlinin fikrincə, qarşıdakı dövrdə qlobal siyasi və iqtisadi risklər davam edərsə, qızıl həm investorlar, həm də mərkəzi banklar üçün strateji aktiv olaraq öz əhəmiyyətini qoruyacaq.

İqtisadçı onu da qeyd edib ki, manat–dollar məzənnəsi baxımından 2026-cı ildə ciddi risklər gözlənilmir və dolların manata nisbətdə stabil saxlanılması ehtimalı yüksəkdir. Onun sözlərinə görə, hazırkı mərhələdə makroiqtisadi göstəricilər, valyuta ehtiyatları və fiskal balans məzənnəyə təzyiq yaradan amillərin olmadığını göstərir. Lakin ekspert vurğulayıb ki, qlobal proseslərin sürətlə dəyişdiyi bir şəraitdə 3–5 aydan sonrakı vəziyyətlə bağlı qəti proqnoz vermək çətindir və mümkün risklər daim diqqətdə saxlanılmalıdır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Yanvar 2026 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri