Venesuelada baş verən proseslər böyük iqtisadi maraqlarla qlobal səviyyədə güc və nüfuz mübarizəsi ilə bağlıdır
Icma.az bildirir, Bizimyol portalına istinadən.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Venesuela prezidenti Maduronun o şəkildə tutularaq ölkəsindən Amerikaya aparılması nə beynəlxalq hüququn prinsiplərinə, nə beynəlxalq hüququn mahiyyətinə və məzmununa, nə də dövlətlərin daxili hüquqlarına uyğundur: “Ümumiyyətlə, bu addım bütün dövlətlərin daxili hüquqlarına zidd olan bir addımdır. Çünki əgər o şəxs öz ölkəsi daxilində hansısa cinayətlər törədibsə, hətta ölkə vətəndaşlarına qarşı hər hansı bir cinayət törədibsə, o ölkə daxili qanunvericiliklə mühakimə olunmalıdır. Yəni müharibə cinayətləri sülh və insanlıq əleyhinə olan cinayətlər törətsə belə, o, beynəlxalq tribunala verilməlidir. Bir dövlət əməliyyat keçirir, digər dövlətin rəhbərini tutur və onu öz ölkəsinə apararaq öz ölkəsinin qanunlarına uyğun şəkildə mühakimə edir. Bunun hüquqla və yaxud nəinki beynəlxalq hüquqla, ümumiyyətlə hüquqla heç bir əlaqəsi yoxdur.
Digər tərəfdən Maduro öz ölkəsində vətəndaşlara qarşı insanlara qarşı hansısa qanunsuzluqlar, hüquqa zidd addımlar ata bilər. Təbii ki, bu şəkildə dəyərləndirilməməlidir və yaxud bu şəkildə qiymətləndirilməməlidir, o halda dünyada xaos başlayar. ABŞ bu gün Qrenlandiyaya, Meksikaya, Panamaya və Kubaya iddia irəli sürür. Bu dövlətlər müstəqil şəkildə tanınmış dövlətlərdir və bu dövlətlərə qarşı bu şəkildə münasibət ortaya qoymaq təbii ki, digər dövlətə münasibəti özündə ehtiva edəcək”.
Xəyal Bəşirov
Xəyal Bəşirov qeyd edib ki, baş verənlərin yeni siyasi düzənlə heç bir əlaqəsi yoxdur. Politoloq hesab edir ki, bu gün dünyada hüquq deyil, beynəlxalq hüquq deyil, güc hüququ, güc amili rol oynayır. Sadəcə, bunu adı ilə çağırmırlar. Bu gün güclü olan şəxs həm də haqlı olduğunu sübuta yetirə bilir. Dünyada baş verən proseslər onu göstərir.
“Məhz, Venesuela ilə bağlı ABŞ-nin atdığı addımlar elə bir neçə aydır ki, Venesuelanın ətrafında dənizdən blokadaya alınma əməliyyatının həyata keçirilməsi, Venesueladan neft tankerlərinin çıxmasına məhdudiyyətlərin qoyulması onsuz da nəticədə hansısa bir addımın atılmasına aparıb çıxaracaqdı”-deyən Xəyal Bəşirov bildirib ki, Venesuela ilə bağlı atılan bu addım birmənalı şəkildə iqtisadi maraqlara xidmət edir və bunun demokratiya, insan hüquqları ilə heç bir əlaqəsi yoxdur.
Ölkənin vəziyyətinə gəldikdə, Xəyal Bəşirov hesab edir ki, ölkənin vəziyyətində nəinki yaxşılığa doğru, əksinə, pisliyə doğru dəyişikliklərin şahidi olacağıq.
“Necə ki, biz bunu Liviyada, İraqda, Yaxın Şərqdə, Misirdə, digər dövlətlərdə gördük. Bu konkret olaraq Venesuelada demokratiya ilə bir bağlılığı olsaydı, ABŞ əməliyyat keçirərək Nikolas Maduronu apardı və Madurodan sonra hakimiyyət vitse-prezident Delsi Rodrigesin əlində qaldı. Delsi Rodriges ölkənin vitse-prezidenti idi. İndi prezident vəzifələrini icra edir və onun qardaşı Venesuela parlamentinə rəhbərlik edir. Burada demokratiya ilə nə qədər bağlılıq ola bilər? Ölkənin prezidenti qeyri-demokratik idarəetmə ilə bağlı tutularaq, aparılır. Amma ölkəni idarə etməsi qardaş və bacının əlində qalır. Bu, ümumiyyətlə, demokratik dəyərlərə zidd olan bir addımdır”-deyən Xəyal Bəşirov qeyd edib ki, Maduronun getməsi öz razılığı ilə və yaxud yaxın ətrafının razılığı olub.
Politoloqun sözlərinə görə, bəzi fikirlər var ki, Maduro Amerika Birləşmiş Ştatları ilə öncədən anlaşıb və bunlar heç də əsassız iddialar deyil: “Maduro Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın ittihamlarına münasibətdə belə cavab vermişdi ki, o, bir müddət sonra hakimiyyətdən getməyə belə razıdır. Amma bunu mərhələli şəkildə edəcək. Yəni bu şəxs artıq hakimiyyətdən getməyə razılığını bildirmişdi. Razılığını bildirməsi ondan xəbər verir ki, tərəflər arasında danışıqlar gedirdi. Bu danışıqların nəticəsində, hətta bunun görünüş olaraq əməliyyat adlandırılması, amma pərdə arxasında razılıqla hakimiyyətdən aparılması, gələcəkdə Amerika Birləşmiş Ştatlarında hansı şəraitdə yaşaması yerli əhaliyə və beynəlxalq ictimaiyyətə açıq şəkildə göstərilməyəcək”.
Xəyal Bəşirov hesab edir ki, bu proseslərin arxasında bu gün dünyada neft ehtiyatlarına görə birinci yerdə duran Venesuelanın neft ehtiyatları ilə bağlı maraqlar durur: “Bu gün neft ehtiyatları olmayan ölkələrdə belə hakimiyyət dəyişikliyinin şahidi olmuruq. Bu da bizə onu deməyə əsas verir ki, Venesuelada baş verən proseslər nə hüquqla, nə demokratiya ilə, nə də ölkədəki vətəndaşların hüquq və azadlıqları ilə bağlı deyil. Bu, birmənalı şəkildə böyük iqtisadi maraqlarla qlobal səviyyədə güc və nüfuz mübarizəsi ilə bağlıdır”.
“Donald Tramp XX əsrdə Monro doktorinasına uyğun şəkildə yenidən “Amerika amerikalılar üçündür” prinsipi ilə Amerika qitəsinin güclənməsi prosesini həyata keçirməyə çalışır. ABŞ bu gün yeni dünya düzəninin formalaşmasında daha güclü təsirlərə malik olmaq üçün öz qitəsində güclənməyə çalışır. Məhz ona görədir ki, bir tərəfdən Kanadaya, digər tərəfdən Venesuelaya, Kubaya və Meksikaya, hətta Braziliyaya münasibətdə müəyyən addımların atılacağı ilə bağlı fikirlər səsləndirir. Bu da ondan xəbər verir ki, Amerika Birləşmiş Ştatları yenidən Amerika qitəsində güclənərək, dünyaya çıxmaq siyasətini ortaya qoyub. Bu siyasəti əvvəlki kimi uzun onilliklər ərzində həyata keçirmək niyyətində deyil”-deyən politoloq bildirib ki, bu siyasət qısa müddət ərzində Amerikada güclənib, Amerika qitəsində olan bütün dövlətlər nəzarəti ələ keçirdikdən sonra yenidən dünyaya çıxmaq siyasətidir və bu siyasət demokratiya, insan, hüquq və azadlıqları, beynəlxalq hüququn prinsipləri adı altında həyata keçirilir.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 12 Yanvar 2026 17:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















