Icma.az
close
up
RU
ARDNF nin Qatvik hava limanına sərmayəsi Fondun səmərəli və məsuliyyətli investor rolunu bir daha təsdiqləyir

ARDNF nin Qatvik hava limanına sərmayəsi Fondun səmərəli və məsuliyyətli investor rolunu bir daha təsdiqləyir

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ölkənin strateji maliyyə ehtiyatlarını idarə edən əsas qurumlardan biri olmaqla yanaşı, qlobal investisiya imkanlarından səmərəli istifadə edərək milli iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verir. Neft-qaz gəlirlərinin şəffaf və səmərəli idarə olunması istiqamətində nümunəvi bir model ortaya qoyan fond, eyni zamanda, qlobal maliyyə bazarlarında fəal iştirak etməklə Azərbaycanın beynəlxalq iqtisadi proseslərdə mövqeyini gücləndirir.

AZƏRTAC xəbər verir ki, bu istiqamətdə atılan növbəti addım isə ABŞ-da yerləşən və beynəlxalq maliyyə dünyasının ən nüfuzlu oyunçularından biri olan “BlackRock”un tərkibində fəaliyyət göstərən “Global Infrastructure Partners” (GIP) investisiya şirkəti ilə əməkdaşlıq çərçivəsində Böyük Britaniyanın strateji əhəmiyyətə malik hava nəqliyyatı qovşaqlarından biri – Londonun Qatvik hava limanına 50 milyon funt sterlinq dəyərində investisiyanın həyata keçirilməsi oldu.

Böyük Britaniyanın paytaxtına yaxın ərazidə yerləşən Londonun Qatvik hava limanı, ölkənin ikinci ən böyük və Avropanın ən işlək hava nəqliyyat mərkəzlərindən biridir. Hər il 40 milyondan artıq sərnişinə xidmət göstərən Qatvik, 200-dən çox beynəlxalq istiqamətə birbaşa uçuşlar həyata keçirərək, qlobal hava əlaqələrinin mühüm qovşağı rolunu oynayır. 2024-cü ildə sərnişin dövriyyəsinə görə Avropanın ən işlək 10 hava limanı sırasına daxil olan Qatvik, uzun illər ərzində Avropanın ən işlək bir zolaqlı hava limanı kimi tanınıb. Bu göstərici onun əməliyyat səmərəliliyini və güclü idarəetmə modelini nümayiş etdirir.

Hazırda Böyük Britaniya Hökumətinin Şimal Uçuş Zolağı layihəsini təsdiqləməsi ilə Qatvik, böyük infrastruktur genişlənməsi mərhələsinə qədəm qoyub. Yeni uçuş zolağının istifadəyə verilməsi ilə hava limanının illik sərnişin tutumunun 2030-cu illərin sonunadək 75 milyona çatacağı gözlənilir. Bu genişlənmə həm Qatvikin fəaliyyət miqyasını artıracaq, həm də Birləşmiş Krallığın hava nəqliyyatı şəbəkəsində strateji rolunu daha da gücləndirəcək.

Qeyd etmək lazımdır ki, Qatvik hava limanı yalnız beynəlxalq uçuşlar üçün mühüm qovşaq deyil, həm də ölkənin logistika və nəqliyyat sisteminin ayrılmaz hissəsi kimi Böyük Britaniyanın regional iqtisadi inteqrasiyasına və dayanıqlı inkişafına töhfə verir. Hava limanı ölkə iqtisadiyyatına hər il milyardlarla funt sterlinq dəyərində töhfə verir və eləcə də, turizm, logistika, ticarət və xidmət sektoru üçün güclü stimullaşdırıcı rol oynayır. Qatvikin fəaliyyətində davamlılıq və enerji səmərəliliyi prinsiplərinin tətbiqi onu həm iqtisadi, həm də ekoloji baxımdan müasir infrastruktur nümunəsinə çevirir.

ARDNF üçün bu layihə maliyyə gəlirliliyi ilə yanaşı, strateji investisiyaların gücləndirilməsi, həmçinin fondun uzunmüddətli, sabit gəlir gətirən infrastruktur aktivlərinə yönəlmə siyasətinin uğurlu nümunəsidir. Bu sərmayə ilə ARDNF Avropa bazarında dayanıqlı aktivlər portfelini genişləndirərək risklərin şaxələndirilməsi və gəlirlərin sabitləşdirilməsi istiqamətində strateji addım atıb.

“BlackRock” və onun tərkibindəki GIP kimi qurumlarla əməkdaşlıq, Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, gələcəkdə digər böyük investisiya layihələrinə çıxış imkanlarını da genişləndirir. Bu, həm də ARDNF-in beynəlxalq səviyyədə etibarlı və peşəkar investor kimi tanınmasına xidmət edir.

Digər bir aspekt isə bu investisiyanın Azərbaycanın davamlı iqtisadi inkişaf strategiyasına uyğunluğu ilə bağlıdır. Qatvik hava limanının genişlənməsi, yalnız Böyük Britaniya iqtisadiyyatına deyil, bu layihədə iştirak edən tərəfdaşlara da əlavə dəyər yaradır ki, bu da ARDNF-in səmərəli və məsuliyyətli investor rolunu bir daha təsdiqləyir.

ARDNF son illərdə infrastruktur aktivlərinə yönəlmiş investisiya portfelini ardıcıl şəkildə genişləndirərək, enerji, nəqliyyat, logistika və sosial infrastruktur sahələrində beynəlxalq təcrübəyə malik tərəfdaşlarla əməkdaşlığa üstünlük verir. Qatvik investisiyası da məhz sabit və uzunmüddətli gəlir və sosial-iqtisadi dəyər təmin edən real aktivlərə yönəlmiş strateji yanaşmanın bariz nümunəsidir. Bu layihə, həmçinin ARDNF-nin davamlı inkişaf məqsədlərinə sadiqliyini əks etdirir. Fond təkcə maliyyə gəlirliliyinə deyil, həm də iqtisadi dəyər yaradan, strateji əhəmiyyət daşıyan və beynəlxalq tərəfdaşlıq imkanlarını genişləndirən layihələrə sərmayə qoymaqla, məsuliyyətli və etibarlı investor kimi beynəlxalq nüfuzunu daha da möhkəmləndirir.

Qeyd edək ki, Qatvik hava limanı “VINCI Airports” (50,01 faiz), “Global Infrastructure Partners”, ARDNF və digər beynəlxalq institusional investorlar tərəfindən birgə idarə olunur. Bu tərəfdaşlıq modeli beynəlxalq infrastruktur idarəçiliyində sinerji yaradan və riskləri optimal şəkildə bölüşdürən uğurlu təcrübə hesab olunur. “VINCI Airports”un hava limanı əməliyyatlarında çoxillik təcrübəsi, GIP-nin kapital idarəçiliyi üzrə qlobal bacarığı və ARDNF-nin uzunmüddətli investisiya strategiyası birləşərək, Qatvikin dayanıqlı və səmərəli idarə edilməsini təmin edir.

Beləliklə, ARDNF-nin bu kimi addımları Azərbaycanın iqtisadi diplomatiyasının və investisiya strategiyasının uğurlu tətbiqinin bariz göstəricisi olmaqla Azərbaycanın neft kapitalının səmərəli idarə olunaraq, gəlir gətirən beynəlxalq aktivlərə çevrilməsini təmin edir və ölkənin uzunmüddətli iqtisadi təhlükəsizliyinə mühüm töhfə verir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 17:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri