Icma.az
close
up
RU
Kompüter alarkən nəyə diqqət etməliyik? Mütəxəssisdən AÇIQLAMA

Kompüter alarkən nəyə diqqət etməliyik? Mütəxəssisdən AÇIQLAMA

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Gündəlik həyatımızda, xüsusilə iş yerində kompüterlər demək olar ki, vazkeçilməz alətə çevrilib. İşlərin sürətli və effektiv şəkildə idarə olunması, məlumatların saxlanması və işlənməsi, həmçinin onlayn ünsiyyət və əməkdaşlıq bu cihazlardan asılıdır. Belə bir vəziyyətdə düzgün kompüter seçmək yalnız rahatlıq üçün deyil, həm də iş məhsuldarlığı və uzunmüddətli investisiya baxımından vacibdir.

İndi əsas sual yaranır: kompüter alarkən hansı amillərə diqqət etməliyik?

Mövzu ilə bağlı Redaktor.az-a danışan kompüter mütəxəssisisi Aqşin Abdulla bildirdi ki, kompüter almaq istəyəndə birinci növbədə bilməlisən ki, kompüteri nə üçün istəyirsən:

"Yəni sən kompüteri nədə istifadə edəcəksən. Adi gündəlik istifadə edəcəksənsə, videokartı güclü "gaming" kompüterlər sənə lazımsızdır. Həm çəki cəhətdən səni yoracaq, həm də xərc cəhətdən səni yoracaq. Sən, məsəl üçün, sırf gündəlik işlər üçün, ofis işləri üçün, yazı-pozu tipli işlər üçün istəyirsənsə, sənə sadəcə kompüterin çəkisi, şarjsız nə qədər batareya saxlaması və korpusunun keyfiyyəti maraqlı olmalıdır. Çox istifadə edəcəksənsə, görüntü keyfiyyəti də vacibdir. Məsələn, ekranın görüntüsünə birinci növbədə baxmalısan. Həddindən artıq çox daşıyacaqsansa, OLED ekran lazımsızdır. Çünki OLED ekranlar bahadır və tez zədələnir. Bundan əlavə, xarab olandan sonra da təmir xərci baha başa gəlir. Yəni bu, həm alarkən bahadır, həm də təmirdə baha başa gəlir. Korpusuna baxmalısan ki, məsəl üçün, ekran çərçivəsi nə qədər dözümlüdür, nə qədər qoruyur, materialı necədir. Məsəl üçün, indiki modellərin əksəriyyətində korpuslar çox nazikdir. Baxırsan, gözəldir, amma çox tez zədələnir. Prosessoruna baxmalısan ki, prosessor neçənci nəsildir, gücü nə qədərdir. Bəzi mağazalar aldatmaq üçün nə edirlər? Prosessoru zəif olan kompüterin RAM-ını və yaddaşını artırırlar və yüksək RAM, yüksək yaddaş adı ilə onu daha baha qiymətə satmağa çalışırlar, xüsusilə də ikinci əl bazarında".

Müsahibimiz əlavə etdi ki, daşınan noutbuk alanlar korpusun dözümlülüyünə fikir verməlidir:

"Material nədir. Mən, məsəl üçün, "ThinkPad"ləri sevirəm. Elə "ThinkPad" modelləri var ki, onlar karbon materiallı olur və çox dözümlü olurlar. Hətta yerə düşməyə də davamlıdırlar. Amma nazik modellər var ki, - əsasən də bəzi HP modelləri, - baxırsan, ekranı bir az bərk açanda belə qırılır. Açılıb-bağlanmadan qırılır. İstifadə zamanı ona görə ekranı sağdan və ya soldan tutmaq yox, ortasından tutub açmaq lazımdır. "Gaming" modellər həm oyun üçün, həm də dizayn işləri üçün yaxşıdır. Amma onların da bir nüansı var: şarjda olmadığı müddətcə prosessor tam güclə işləmir. Yəni sən yükləyicidən ayırdın, vəssalam, parametrlər yarıbayarı düşür. Həmin qrafik keyfiyyətini və həmin sürəti artıq ala bilmirsən. Yəni belə şeylərə nəzarət etməlisən. Firma seçiminə, prosessora üstünlük verməlisən və ən əsası, kompüteri ümumiyyətlə nə üçün istifadə edəcəyini düzgün müəyyənləşdirməlisən. Ofis üçün istəyirsənsə, "gaming" kompüter almağın mənası yoxdur".

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Yanvar 2026 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see243

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see230

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see229

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see225

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see220

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see214

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see211

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see208

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see207

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see200

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see198

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see195

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see195

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see194

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see193

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see192

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri